Kapital Bank 50 müştərisini mükafatlandırdı
Kapital Bank “Xəzri” təcili pul köçürmələri sistemi üzrə “Xəzri pul gətirəcək” adlı stimullaşdırıcı lotereyasının 1-ci tirajı keçirilib. Nəticədə bu sistemin 50 müştərisinin hər biri 100 manat qazanıb.
Qeyd edək ki, “Xəzri” sistemi ilə pul göndərən müştərilər, avtomatik olaraq lotereya iştirakçısına çevrilirlər. Lotereyada hər göndərilən 100 manat, 1 şansa bərabərdir. 10 fevral 2017-ci il tarixədək keçiriləcək lotereya ərzində 150 müştərinin hər biri 100 manat, sonda isə bir müştəri 1000 manat qazanacaq.
“Xəzri” vasitəsilə pul köçürmələri etmək çox rahat və sərfəlidir. Cəmi 5 dəqiqə ərzində hesab açmadan həm ölkə daxilində, həm də xarici ölkələrə pul göndərmək əlverişlidir. Köçürmələrə görə minimum 0,8%-dən başlayan komissiya haqqı tutulur. Müştərilər ölkədaxili göndərilən pul vəsaitini 24 saat ərzində Kapital Bank bankomatlarından komissiyasız nağdılaşdıra bilərlər.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 20 d. əvvəl
- 25 d. əvvəl
-
4 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
5 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
5 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi