Dünya Bankı TANAP-ın tikintisinə 800 milyon dollar kredit ayırıb
Dünya Bankı Qrupunun İdarə Heyəti, Trans Anadolu Qaz Boru Kəməri Layihəsi üçün (TANAP) Türkiyənin "Boru Hatları Petrol Taşıma AŞ (BOTAŞ)" şirkətinə 400 milyon dollar, Azərbaycanın "Cənub Qaz Dəhlizi" (SGC) şirkətinə də 400 milyon dollar olmaqla bütövlükdə 800 milyon dollar məbləğində kredit təsdiq edib.
Dünya Bankından "Marja"ya verilən məlumata görə, bank rəhbərliyinin dünənki toplantısında TANAP-a təmin olunacaq kredit və şərtlər müzakirə olunub.
İclas nəticəsində, Dünya Bankı Qrupuna bağlı olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) vasitəsilə BOTAŞ-a TANAP üçün 400 milyon dollarlıq kredit verilməsinə qərar verilib. Türkiyə dövlətinin təminatı ilə BOTAŞ-a veriləcək kredit, 5 il geri ödənişsiz 24 il müddətli olacaq.
Azərbaycan hökumətinin təminatı ilə layihə üçün SGC-yə 400 milyon dollar məbləğində kredit də təsdiq olunub. Bu miqdar SGC tərəfindən 5 il geri ödənişsiz olmaqla 30 il müddət ilə ödənəcək.
Beləliklə Dünya Bankı, TANAP üçün bütövlükdə 800 milyon dollar məbləğində maliyyələşdirmə təmin edəcək.
TANAP Baş Direktoru Saltuk Düzyol ötən həftə jurnalistlərə verdiyi açıqlamada, layihənin xərcinin 8,5 milyard dollar səviyyəsində olacağını bildirmişdi.
850 kilometr uzunluğa malik TANAP-dan ilk qaz Türkiyəyə 2018-ci ilin İyununda veriləcək. Layihə, 2020-ci ildə də Avropaya qaz təmin etməyi hədəfləyir.
Layihəyə eyni zamanda,"Garanti Yatırım Ajansı", Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankından da maliyyələşdirmə təmin olunacaq. TANAP üçün veriləcək ümumi dəstəyin 4 milyard dollara çatması gözlənilir.
TANAP-da Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın 58 faiz, BOTAŞ-ın 30 faiz və BP-nin də 12 faiz payı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
2 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
2 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 12 saat əvvəl
-
13 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
13 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 13 saat əvvəl