İki palata anlaşdı
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumun məqsədi bu sahədə qarşılıqlı əməkdaşlığın təkmilləşdirilməsi və birgə tədbirlərin genişləndirilməsidir.
Memoranduma uyğun olaraq birgə əməkdaşlıq çərçivəsində tərəflər cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə sorğu əsasında məlumat və sənəd mübadiləsinin aparılması, müvafiq sahədə vahid məlumat bazasının formalaşdırılması sahəsində əməkdaşlıq edəcək.
Bununla yanaşı, memoranduma əsasən tərəflər səlahiyyətləri çərçivəsində qarşılıqlı maraq kəsb edən məsələlərlə bağlı işçi görüşlər, elmi–praktiki konfranslar və seminarlar təşkil edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
18 d. əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 25 d. əvvəl
- 46 d. əvvəl
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
6 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
6 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir