Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"OPEC-in Vyana anlaşmasının uzadılması ehtimalı 75%-dir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"OPEC-in Vyana anlaşmasının uzadılması ehtimalı 75%-dir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft hasilatının azaldılması ilə bağlı 30 noyabr 2016-cı ildə imzalanan Vyana anlaşmasının iştirakçıları onun müddətini uzatmağa nail ola biləcək və bu ehtimal 75% təşkil edir. Bu proqnozla ABŞ-ın nüfuzlu "JPMorgan" bankının analitikləri çıxış ediblər. 

 

Reklam_3_11

Proqnoza əsasən, "OPEC və ona üzv olamayan ölkələrin hasilatı azaltmaq səyləri öz töhvəsini verəcək, nəticədə biz qısa və ortamüddətli perspektivdə qlobal neft ehtiyatlarının həcmində azalma görəcəyik. Bu da onu göstərir ki, hazırda neft qiymətlərinin düşməsi alıcılar üçün münasib şərait yaradır". Qeyd edək ki, hasilatın azaldılması ilə bağlı anlaşmanın müddəti iyunun 30-da bitir. Anlaşmanın uzadılması ilə bağlı sammitin isə mayın 25-də keçiriləcəyi gözlənilir.

 

Bununla yanaşı, ABŞ-da şist neft hasilatı sənayesi yenidən inkişaf etməyə başlayıb və neftin hazırkı qiymət səviyyəsi bu sahəyə yatırılan vəsaiti tam doğruldur. Həmçinin, OPEC və ona üzv olmayan ölkələrin anlaşma çərçivəsində öhdəliklərinə əməl etməməsi kimi problem mövcuddur. "JPMorgan"a görə, məhz bu iki amil neft qiymətlərinin həddindən artıq artmasına mane olacaq. Bankın proqnozuna əsasən, "Brent" markalı neftin orta illik qiyməti 55,78 dollar/barel, WTI üçün isə 53,57 dollar/barel təşkil edir.

 

"JPMorgan" həmçinin bildirib ki, hasilatın azaldılması ilə bağlı anlaşmanın müddəti uzadılmasa, neftin qiyməti 40 dollar/bareldən aşağı düşəcək.

 

© Report

03.05.2017 13:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ