Azərbaycanın qazma sənayesində növbəti rekord
78 nömrəli quyuda ümumi çəkisi 530 ton olan qoruyucu kəmərin birdəfəyə endirilməsi və sementlənməsi uğurla həyata keçirilib.
Məlumat üçün bildiririk ki, SOCAR-AQŞ Bulla yatağındakı 6 saylı dərin dəniz stasionar özülündən layihə dərinliyi 5900 m olan 78 nömrəli axtarış quyusunda qazma işlərini uğurla davam etdirir.
Şirkətdən “Marja”ya daxil olmuş məlumata görə, Azərbaycan milli qazma sənayesində analoqu olmayan Drillmec HP 3000 at gücünə malik olan yeni nəsil qazma avadanlığından uğurla istifadə edərək uzunluğu 4938 m, ümumi çəkisi havada 530 ton olan 13 3/8” qoruyucu kəmərin quyuya birdəfəyə endirilməsinə və uğurla sementlənməsinə nail olunub.
Bulla-6 saylı dərin dəniz stasionar özülünün Qurğu rəisi Nəriman Müstafayev 78 nömrəli quyuda gedən qazma işləri barəsində öz fikirlərini bölüşərək qeyd edib ki, indiyə kimi dərin quyularda qoruyucu kəmərin endirilməsi bir neçə mərhələdə həyata keçirilməklə yanaşı vaxt itkisi, maliyyə vəsaitinin sərfiyyatı və əlavə risklərlərlə müşayiət olunub.
Milli qazma sənayesində ilk dəfə olaraq, yeni texnika və texnologiyalardan istifadə etməklə dərin quyularda ağır çəkili qoruyucu kəməri birdəfəyə endirmək cəhdi uğurla həyata keçirilib.
“Peşəkar qazma briqadamız qoruyucu kəmərin endirilməsi işini uğurla və qısa müddət ərzində həyata keçirmişdir. Əlavə olaraq bildirək ki, semetləmə əməliyyatı da bir mərhələdə uğurla aparılmışdır.
Hal-hazırda növbəti seksiyanın qazılmasına hazırlıq işləri görülür. 78 saylı quyunun Məhsuldar qatın VIII-ci horizontuna qazılması planlaşdırılır və növbəti seksiyada biz qazla doyumlu məhsuldar qata daxil olacayıq. Layların litoloji və kollektor xüsusiyyətlərini müəyyən etmək üçün 5-ci, 7-ci və 8-ci horizontlardan süxur nümunələri götürüləcək.
Əminik ki, dəyərlərinə daim sadiq qalan SOCAR-AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtda və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcəkdir”,- Şirkətin məlumatında deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
2 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
2 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
3 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 3 saat əvvəl
- 3 saat əvvəl