Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-da hasilatın artması neftin bahalaşmasına imkan vermir

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da hasilatın artması neftin bahalaşmasına imkan vermir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Enerji İnformasiya İdarəsinin Çərşənbə günü açıqladığı məlumatlara görə, ABŞ-da xam neft hasilatı gündəlik 9.29 milyon barrelə çıxaraq 2015-ci ilin Avqust ayından bu yana ən yüksək səviyyəsinə qalxıb.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, ABŞ-da neft ehtiyatları isə Bloombergin sorğusuna qatılan 11 analitikin hamısının proqnozlarından daha az düşüb. ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatına görə, xam neft ehtiyatları ötən həftə ərzində 929,999 barel azalıb. Eyni hesabata görə, ABŞ-da benzin ehtiyatları isə ötən həftə ərzində 191,000 barel artıb.

 

Digər tərəfdən Nigeriyanın neft naziri Emmanuel Ibe Kachikwu, OPEC-in İyunda başa çatacaq hasilatın azaldılması müqaviləsini yəqin ki, daha altı ay uzadılacağını deyib.


 
Neft ABŞ-da artmaqda olan istehsalın, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və digər bəzi istehsalçıların hasilatı azaltmaları səylərinin təsirlərini siləcəyi xofu ilə ardıcıl üç həftə ucuzlaşıb.

 

OPEC, hasilatın azaldılması müqaviləsini ilin ikinci yarısına uzatmaq məsələsini müzakirə etmək üçün 25 Mayda Vyanada toplaşacaq. Rusiyanın istehsalın azaldılması müqaviləsini uzatmağı dəstəklədiyi qeyd edilir.


 
Analitiklər bildirirlər ki, bazarın OPEC-dən veriləcək müsbət xəbərlərə ehtiyacı var.


 OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!


ABŞ Enerji İnformasiya İdarəsinin məlumatları açıqlanmasından sonra, Qərbi Texas nefti (WTI) Nymex birjasında 23 sent düşərək bareli 47.59 dollara qədər, Brent nefti Londonda ICE Futures Europe birjasında 10 sent və ya 0.2% azalma ilə bareli 50.59 dollara qədər enib. Daha sonra, Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Brent nefti 50,69 dollara, Texas nefti isə 47,71 dollara qalxıb.

04.05.2017 06:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ