Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Hər hansı avtobus şirkətinin dominantlıq etməsi, onun inhisarçı olması demək deyil"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Hər hansı avtobus şirkətinin dominantlıq etməsi, onun inhisarçı olması demək deyil"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Növbəti ildə Bakı şəhərində marşrut xətlərinin müvəqqəti istismara verilməsi müsabiqə yolu ilə həyata keçiriləcək. Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli bildirib. 

 

Onun sözlərinə görə, bu barədə Nazirlər Kabinetinin müvafiq qərarı mövcuddur: "İlk belə müsabiqənin 2017-ci ilin yanvarında keçirilməsi nəzərdə tutulub. Bakı Nəqliyyat Agentliyi bir daha bəyan edir ki, hər hansı avtobus şirkətinin keyfiyyətdə dominantlıq etməsi, onun inhisarçı olması demək deyil. Agentlik avtobus şirkətləri arasında heç bir fərq qoymur. Bizim üçün önəmli olan yalnız vətəndaşa göstərilən xidmətin keyfiyyətidir".

 

Qeyd edək ki, hazırda Bakıda sərnişindaşımada istifadə edilən avtobusların ümumi sayı 2 100, marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcıların sayı isə 58-dir. 

 

V.Kərimli əlavə edib ki, Bakıda müntəzəm sərnişindaşıma ilə məşğul olan 58 daşıyıcıdan yalnız 17-si maddi-texniki istehsalat bazasına malikdir: "Bu daşıyıcıların əksəriyyəti qoyulan tələbələrə cavab vermir. Bu gün təəssüf ki, hələ də bir sıra avtobuslar xəttə qarajlardan deyil, müxtəlif məhlələrdən çıxır".

 

© Report

21.12.2016 08:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ