Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Konstitusiya Məhkəməsinin sədri: “Bank sahəsində bir sıra ziddiyyətli məsələlər var”

iç səhifə xəbər başlığı altı (mobil)_31
Konstitusiya Məhkəməsinin sədri: “Bank sahəsində bir sıra ziddiyyətli məsələlər var”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Konstitusiya Məhkəməsinə müraciətlər əsasən mülkiyyət hüququ, sosial, vergi məsələləri ilə bağlı olur. Müraciətlər hüququn bütün sahələrini əhatə edir. Bu gün əsasən mülkiyyət məsələləri ilə bağlı müraciətlər daha çoxluq təşkil edir".

 

Bunu  açıqlamasında Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.



O  bildirib ki, Konstitusiya Məhkəməsinə bank sahəsi ilə bağlı müraciətlər də olur: "Bank sahəsi ilə bağlı həm məhkəmələrin, həm də Ombudsmanın müraciətləri var. Bu gün bank sahəsində bir sıra ziddiyyətli məsələlər var. Biz artıq bir neçə işə baxıb, qərar qəbul etmişik. Hazırda icraatda olan işlər var. Güman ki, bu məsələlərə aydınlıq gətirəcəyik".


F. Abdullayev qeyd edib ki, Konstitusiya Məhkəməsinin səlahiyyətinə aid olan məsələlərlə bağlı hər kəs - hüquqi və fiziki şəxslər müraciət edə bilərlər: "Müraciətlər 2004-cü ilin yanvar ayından davam edir. Deyərdim ki, müraciətlərin sayı son illər stabil qalır. Ola bilsin, müraciətlərdə bir balaca artım var. Müraciətlər bir neçə mərhələ keçir. Əvvəl Konstitusiya Məhkəməsinin aparatında yoxlanılır. Hansı müraciətlərin ki, bizə aidiyyəti var, onlar Konstitusiya Məhkəməsinin palatalarında öyrənilir. Konstitusiya Məhkəməsinə hər cür normativ hüquqi aktlardan, yəni icra, qanunvericilik, bələdiyyə, məhkəmə aktlarından şikayət verilə bilər. Lakin bunun da müəyyən şərtləri var. Qanunda nəzərdə tutulub ki, bütün müdafiə vasitələri tükəndikdən sonra Konstitusiya Məhkəməsinə şikayət verilə bilər".

 

© APA

05.05.2017 11:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ