Avro Fransdakı seçkidən sonra ucuzlaşdı
Avronun Fransada prezident seçkisində Emmanuel Macronun qələbəsinin ardından bahalaşması qısa ömürlü oldu. "Marja" xəbər verir ki, treyderlər və investorlar, seçkiyə doğru girdikləri uzun avro mövqelərdən çıxdılar.
"NatWest Markets"ə görə, Macronun seçkidə qələbəsi onsuz da məzənnədə əks olunmuşdu (Avro/Dollar 1.10-a qalxmışdı). İndi nəzərlər Cümə günü Avropa Mərkəzi Bankının (AMB) iclasına və Cümə günü gözləniləndən güclü çıxan ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq göstəricisindən sonra Fed-in faiz artırmasına dair gözləntilərə çevrilib.
VALYUTALARIN DƏYİŞMƏSİNDƏN PUL QAZAN!
Treyderlər, həm Dollar, həm də Yen qarşısında Avro satışı əmrləri verərək uzun mövqelərdən çıxmağa başlayıblar. Seçki öncəsi, Avroda uzun mövqelər, ABŞ Dolları, Yapon yeni, Avstraliya dolları və Kanada dolları kimi pul vahidləri qarşısında yaradılıb. İndi treyderlər gəliri reallaşdırırlar.
Macron, Marina Le Penin seçki nəticələrini qəbul etməsindən yarım saat sonra etdiyi çıxışında, ölkədəki parçalanmanı aradan qaldırmağa çaılışacağını bildirib (birlik mesajı verib). Macron səslərin 65%-ini, ifrat sağçı Le Pen isə 35 faizini toplayıb.
ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ
Avro/dollar Makronun qələbəsindən sonra 0.2 faiz yüksələrək 1.1023 ilə ən yüksək səviyyəyə çıxmasından sonra 0.3 faiz düşərək 1.0965 səviyyəsinə enib.
Avro/yen 124.59 ilə bir ilin ən yüksək səviyyəsinə çıxmasının ardından 0.1 faiz düşərək 123.77 səviyyəsinə enib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 saat əvvəl
-
9 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 9 saat əvvəl
-
9 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
9 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
9 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
10 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 10 saat əvvəl