Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Bəzi “ekspert”lərin proqnozlarına baxmayaraq, manat güclənir”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bəzi “ekspert”lərin proqnozlarına baxmayaraq, manat güclənir”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Prezident İlham Əliyevin rəhbərliyi altında müntəzəm əsaslarla həyata keçiriləcək sistem xarakterli iqtisadi islahatlar və qlobal iqtisadi çağırışlara uyğun olaraq hazırlanmış strateji yol xəritələrinin icrası nəticəsində ölkədə sahibkarlarla birlikdə  iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə fərqli bir modeli - Azərbaycan modeli daha da inkişaf etdiriləcək”.

 

Reklam_3_11

Bunu prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov “Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası” mövzusunda keçirilən konfransda bildirib.

 

O deyib ki, ölkəmizin qazandığı uğurlar beynəlxalq təşkilatların, aparıcı reytinq agentliklərinin qiymətləndirilməsində öz əksini tapıb.

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

 

“Ölkə başçısının rəhbərliyi ilə 2015-ci ildən etibarən Azərbaycan iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Qlobal iqtisadi çağırışların milli iqtisadiyyata transformasiyası ilə bağlı yeni iqtisadi islahat istiqamətləri müəyyən edilib. Belə ki, 2016-cı ildən etibarən dünyada baş verən iqtisadi proseslər fonunda ölkə iqtisadiyyatının inkişafı, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanların yaradılması, qeyri-neft ixrac potensialının artırılması, idxalın əvəzlənməsi, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul edilib və sistem xarakterli dərin iqtisadi islahatların aparılması əsas hədəf kimi müəyyən edilib. Bəzi “ekspert”lərin proqnozlarına baxmayaraq, manat güclənməkdədir. Atılan addımlar nəticəsində valyuta ehtiyatlarımız nəinki strateji səviyyədə qorunub, hətta kəskin artıb”.

 

© APA

08.05.2017 06:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ