Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda yayımlanan xarici telekanallarda reklamlar qadağan olunur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda yayımlanan xarici telekanallarda reklamlar qadağan olunur

Azərbaycanda yayımlanan xarici ölkələrin telekanallarında reklamların nümayişi qadağan edilir. Buna görə yayımçı məsuliyyət daşıyacaq.

 

Bu, yeni hazırlanmış “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin 13-cü (Yayımçının hüquq və vəzifələri) maddəsində əks olunub.

 

Maddəyə görə, kabel şəbəkəsi yayımında retranslyasiya olunan telekanallarda xarici reklamların yayımı qadağandır. Retranslyasiya olunan telekanallarda xarici reklamların yayımlanmasına görə yayımçı məsuliyyət daşıyır.

 

Maddədə o da təsbit olunub ki, kabel şəbəkəsi yayımında retranslyasiya olunan xarici telekanallarda reklam vaxtlarında yayım qaydaları müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən müəyyən olunur.

 

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 16-da müzakirəyə çıxarılacaq.

 

© APA

08.05.2017 11:08

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ