Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

AccessBank xəbərləri təkzib etdi - AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
AccessBank xəbərləri təkzib etdi  - AÇIQLAMA

Son günlər bəzi internet səhifələrində AccessBank-ın bağlanacağı xəbərlər yer alıb.

 

Reklam_3_11

“Marja”nın sorğusuna cavab olaraq AccessBank-dan bildirildi ki, yayılmış xəbərlər həqiqətə uyğun deyil:

 

“Tam əminliklə bildiririk ki, bu məlumatlar tamamilə əsassızdır. Hal-hazırda AccessBank-ın maliyyə vəziyyəti sabitdir və Bank bazar şəraitinə uyğun inkişaf strategiyasını tətbiq edir. Hazırki dəyişkən iqtisadi şəraitə rəğmən mart ayında Bankın kapitalı əhəmiyyətli dərəcədə artırılıb. Bu isə, bir daha təsdiq edir ki, səhmdarları nüfuzlu beynəlxalq təşkilatları  olan AccessBank, təsisçiləri tərəfindən güclü dəstək alır. Biz rəqabətli məhsul çeşidimizlə müştərilərimizə hərtərəfli dəstək və xidmət göstərməkdə davam edir,  Azərbaycanın aparıcı maliyyə təşkilatı kimi güclü mövqeyimizi qoruyub saxlayırıq. Həmçinin, qeyd etmək istərdik ki, Bank korporativ bankçılığın və onlayn bankinqin inkişaf etdirilməsi ilə bağlı olaraq filial şəbəkəsində bəzi təkmilləşdirici prosesləri həyata keçirir, ərazi cəhətdən bir-birinə yaxın olan filialları birləşdirərək onları iri regional xidmət və satış mərkəzlərinə çevirir”.

 

Əlavə edək ki, AccessBank hal-hazırda Azərbaycanda fəaliyyət göstərən banklar arasında ən yüksək beynəlxalq reytinqə malikdir. Həmçinin, ötən il ərzində Bank yenidən Euromoney və The Banker kimi mötəbər maliyyə nəşrləri tərəfindən Azərbaycanın ən yaxşı Bankı seçilmişdir.

 

İlin əvvəlindən Bank, “Qayğıkeş Ana”, “Biznesə 5D”, “myAccess Mobile” tətbiqi kimi bir çox yeniliklər təqdim edib.

 

Yay aylarında da Bank, müştərilərini yeni məhsul və xidmətlərlə, eləcə də yeni kampaniyalarla sevindirəcək

08.05.2017 11:09

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ