Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Səudiyyədən neftlə bağlı mühüm açıqlama

iç səhifə xəbər başlığı altı (mobil)_31
Səudiyyədən neftlə bağlı mühüm açıqlama

Səudiyyə Ərəbistanının neft naziri, istehsalçıların xam neft hasilatını azaltmaq məqsədilə tətbiq etdikləri müqavilənin müddətinin, bu ilin ikinci yarısına və yəqin ki, ikinci yarısından da irəli uzadılacağına əmin olduğunu söyləyib.


 
"Marja" xəbər verir ki, Xalid Əl-Falihin Bazar ertəsi günü Kuala Lumpurdaki Asiya Neft və Qaz Konfransında verdiyi açıqlamaya görə, ABŞ-ın şist nefti istehsalındakı artım və zavodların texniki servis üçün dayanması OPEC və müttəfiqlərinin istehsal azaltmasının yaratdığı təsiri yavaşladır. Amma istehsalçılar "şişmiş" ehtiyatları azaltmaq hədəflərinə çatmaqda qərarlıdırlar. Digər tərəfdən, Əl-Falih, qlobal neft bazarının çox yaxında yenidən balanslaşacağını və "sağlam vəziyyət"ə geri qaytarılacağına əmin olduğunu bildirib.

Reklam_3_11

 

ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ


 
Bu ay Vyanada baş tutacaq OPEC toplantısında, bir çox ölkə Yanvarda başlayan və 6 ay davam edəcək müqavilənin uzadılmasını dəstəkləyəcəklərini açıqlayıblar. Səudiyyəli nazir müqavilənin 2017-ci ildən də o tərəfə də uzadıla biləcəyini ilk dəfə təklif edib.


 
Əl-Falih, "İştirakçı üzvlərlə keçirdiyim məsləhətləşmələr nəticəsində, müqavilənin bu ilin ikinci yarısına hətta daha da uzağa uzadılacağına olduqca əminəm. İstehsalçı koalisiya, ehtiyat səviyyəsinin beş ilin ən aşağı səviyyəsinə endirmək üçün  nə lazımdırsa edəcəkdir" - şəklində bildirib.

 

RUSİYA DA DƏSTƏKLƏYİR

 

Rusiya, OPEC-in neft hasilatının azaldılması müqaviləsinin 2017-ci ildən sonraya da uzadılmasını dəstəkləyir.
 


"Marja" xəbər verir ki, Rusiya Energetika Nazirliyindən edilən açıqlamada, "Bir sıra ssenarini qiymətləndirmişik və daha uzun bir dövr üçün müqaviləni uzatmağın bazarın yenidən tarazlığa qovuşmasını sürətləndirməyə kömək edəcəyini düşünürük" deyilir.

 

 ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ


Açıqlamada, "Rusiya, tərəfdaşlarımızın qlobal neft bazarını yenidən sabitləşdirməyə yönəlik səyləri ilə tam həmrəylik içində olduğunu göstərir və bu günə qədərki birgə səyinin çox təsirli olduğunu düşünür" - qeyd edilib.

08.05.2017 12:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ