Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

27 milyard avroluq təklifi rədd etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
27 milyard avroluq təklifi rədd etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Hollandiyanın boya istehsalçısı Akzo Nobel, ABŞ-lı rəqibi PPG Industries-in təxminən 27 milyard avroluq satınalma təklifini rədd edib. PPG, keçən ay Akzo-ya üçüncü təklifini etmiş və qiyməti 8 faiz artırmışdı.


 
ABŞ-lı boya istehsalçısı PPG Industries, Hollandiyalı rəqibi Akzo Nobel şirkətinə qarşı satınalma təklifini 8 faiz artıraraq 26.9 milyard avroya yüksəltmişdi.
 


"Marja" xəbər verir ki, Akzo-dan edilən bəyanatda şirkətin təklifi rədd etdiyi və PPG ilə danışıqlara davam edilməyəcəyi qeyd edilib.


 
Bəyanatda imtina qərarının inhisarçılıqla bağlı risklərdən və mədəni fərqlərə dair narahatlıqlardan qaynaqlandığı, Akzo-nun satılmasının şirkəti təhrif edəcəyi bildirilib.
 


Bəzi Akzo səhmdarları, təklifin qiymətləndirilməsi lazım olduğunu bildirərək Akzo-nun ən azından PPG ilə müzakirələrə girməsini istəyirdi. PPG-nin Akzo-nun qərarına baxmayaraq, Hollandiya qanunlarına əsasən 1 İyuna qədər rəsmi təklif etməsi gözlənilir.


 
 Akzo-nun İcraçı Direktoru Ton Buechner, PPG-nin  şirkəti satın almasının qarşısını almaq üçün investorlara 1.6 milyard avro ödəniş aparmağı və şirkətin kimya müəssisəsini satışa çıxarmağı planlaşdırdıqlarını deyib.

08.05.2017 13:31

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ