Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Fed sədrlərindən faiz açıqlamaları

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed sədrlərindən faiz açıqlamaları

ABŞ Mərkəzi Bankı Fed-in Atlanta şöbəsinin sədri Ceyms Bullard (James Bullard), faizlərin yəqin ki, uzun bir müddət daha aşağı qalacağını deyib.


 
"Marja" xəbər verir ki, Bullard, faizlərin yəqin ki, uzun bir müddət daha aşağı qalacağını, çünki iqtisadiyyatın aşağı məhsuldarlıq, aşağı işçi qüvvəsi  və investorların təhlükəsiz aktivlər istəmələri səbəbiylə çətinlik çəkdiyini qeyd edib.
 

 
Bullard, ABŞ iqtisadiyyatının aşağı iqtisadi artım vəziyyətində göründüyünü deyib və "Siyasət faizi, bu gün haradasa iqtisadi artım ilə uyğun bir səviyyədədir" şəklində danışıb.

 

Fed/Mester: Mərhələli faiz artımı davam etməlidir
 


Klivlend Fed sədri Loretta Mester isə Mərkəzi Bankın iqtisadiyyatın həddən artıq qızmasının qarşısını almaq üçün mərhələli faiz artımına davam etməsi lazım olduğunu deyib.
 


Mester Çikaqoda çıxışında məşğulluq hədəfinin qarşılandığını, bəzi zəif göstəricilərə baxmayaraq inflyasiyanın hədəfə yanaşdığını bildirərək faiz artırımının davam etməsi lazım olduğunu söyləyib.

 

Mesterin gələn il FOMC-da səsvermə hüququ olacaq.

 

Mester ilk rübdə iqtisadiyyatdakı zəifliyin orta müddətli mənzərəyə dair gözləntisini dəyişmədiyini bildirərək "İlin geri qalanında istehlakçı xərclərində toparlanma gözləyirəm" ifadəsini istifadə edib. Mester 4.5 trilyon dollarlıq balansı il sonunda kiçiltməyə başlamaq lazım olduğu ritorikanı da  təkrarlayıb.


 
 Fed rəsmiləri Mart ayında faiz artırmış, ötən həftədəki iclasda isə faizi dəyişdirməmiş ,ancaq bu il 2 dəfə faiz artımı olacağına işarə etmişdi. Çox investor növbəti faiz artımının İyun ayında baş verəcəyini gözləyir.

08.05.2017 15:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ