Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Mərkəzi ofisindən "Grand Thornton Ermənistan"a xəbərdarlıq edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi ofisindən "Grand Thornton Ermənistan"a xəbərdarlıq edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əks halda şəbəkədən çıxarılacaq

 

Reklam_3_11

İqtisadiyyat Nazirliyi tərəfindən mərkəzi ofisi Londonda yerləşən "Grand Thornton" beynəlxalq şirkətinin törəmə şirkəti olan "Grand Thornton Ermənistan"ın Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyəti, biznesin təşviqinə dair müəyyən nəşrlər hazırlaması və həmin şirkətin Ermənistanın Hayastan Fondu ilə əlaqələrinin müəyyən edilməsi barədə araşdırma aparılıb.

 

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətində  bildiriblər ki, apaşdırmalar zamanı "Grand Thornton Ermənistan" şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın Hayastan Fondunun həyata keçirdiyi layihələrinin əsas hissəsinin 2015-ci il üzrə auditini aparması barədə məlumatlar əldə edilib.

 

Bununla əlaqədar, "Grand Thornton İnternational Ltd" şirkətinin Azərbaycan üzrə nümayəndəsi İqtisadiyyat Nazirliyinə dəvət edilərək "Grand Thornton Ermənistan" və "Grand Thronton Fransa" şirkətlərinin Ermənistanın Hayastan Fondu ilə əlaqələri, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətin qadağan olunması, bu cür fəaliyyətin beynəlxalq hüquqa və Azərbaycan qanunvericiliyinə zidd olması, Hayastan Fondunun Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyəti barədə məlumatlar təqdim edilib və məsələnin araşdırılaraq İqtisadiyyat Nazirliyinə məlumat verilməsi diqqətə çatdırılıb.

 

Şirkətin mərkəzi ofisindən "Grand Thornton Ermənistan"a ünvanlanmış məktubla Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz fəaliyyətin yolverilməz olduğu və bununla bağlı Azərbaycan tərəfinin sərt reaksiyası Ermənistan şirkətinə çatdırılıb, bütün üzv şirkətlərin məcburi xarakter daşıyan tələblərə əməl etməli olduqlarına, əks halda şəbəkədən çıxarılacaqlarına dair xəbərdarlıq edilib.

10.05.2017 14:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ