Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Neftin qiyməti ABŞ-dan gələn xəbər ilə yenidən 50 dolları keçib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neftin qiyməti ABŞ-dan gələn xəbər ilə yenidən 50 dolları keçib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-da xam neft ehtiyatlarının ehtimal ediləndən iki dəfədən çox düşməsi ilə əlaqdar olaraq neft qiymətləri yüksəlib.


 
"Marja" xəbər verir ki, ABŞ-da Çərşənbə günü açıqlanan rəsmi məlumatlara görə, ehtiyatlar ötən həftə 5.25 milyon barel azalıb. Bu, 2017-ci ilin ən sürətli azalmasıdır. Ehtiyatlar ardıcıl 5 həftədir azalır. Bloomberg-in sorğusun qatılan analitiklərin proqnozlarına görə, ehtiyatların 2 milyon barrel aşağı düşməsi gözlənilirdi. Benzin və distilə edilmiş məhsul ehtiyatları da azalıb və bu irəliləyişlər, ABŞ-da neft istehsalındakı artıma dair narahatlıqların azalmasına səbəb olur.

Reklam_3_11


 OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!


Neft qiymətləri, ötən həftə Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) Noyabr ayında hasilatı azaltmaq barədə razılığa gəlməsindən bu yana ən aşağı səviyyələrinə enməsinin ardından yüngülcə yüksəlib. Səudiyyə Ərəbistanı və OPEC üzvü olmayan Rusiya, hasilatın azaldılması müqaviləsini 2018-ci ilədək uzadıla biləcəyinə işarə ediblər. Digər tərəfdən, Enerji İnformasiya Administrasiyasının gələn il rekord səviyyəyə çıxmasını gözlədiyi ABŞ istehsalındakı artım sürətinə dair narahatlıqlar davam edir.


 
Analitiklər bildirirlər ki, neftbazalarda ehtiyatların azalmasına baxmayaraq, ABŞ-da gündəlik hasilat yenidən yüksəlir. Bu səbəbdən neftin bahalaşması çox uzun davam etməyə bilər.


 
Bakı vaxtı ilə saat 07:50-yə olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 18 sent bahalaşaraq 47.51 dollara, Brent nefti Londonda  ICE Futures Europe birjasında 16 sent yüksələrək bareli  50.38 dollara çatıb. Qiymətlər Çərşənbə günü 1.49 dollar və ya 3.1 faiz yüksələrək 50.22 dollardan bağlanmışdı. 

 

MAY AYINDA ANADAN OLANLARA PULSUZ PLASTİK KARTLAR

11.05.2017 05:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ