Maşın, avadanlıq və texnika almırıq, idxalımız azalır
Xəbər verdiyimiz kimi, 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycanın ticarət əməliyyatlarının həcmi 5 milyard 595 milyon 699.93 min ABŞ dolları təşkil edib.
“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ticarət əməliyyatlarının həcmi keçən ilin müvafiq dövrünə nisbətən 11.35% artmışdır.
İdxal əməliyyatları üzrə 2 milyard 164 milyon 997.72 min ABŞ dolları (keçən ilin müvafiq dövrünə nisbətən 16.53% azalmışdır), ixrac əməliyyatları üzrə 3 milyard 430 milyon 702.21 min ABŞ dolları (keçən ilin müvafiq dövrünə nisbətən 41.11 % artmışdır) təşkil edib.
Bəs idxal nəyin hesabına azalıb?
“Marja” “İdxalda əsas mallar” cədvəlinə istinadən xəbər verir ki, idxalın 2017-ci ilin ilk 4 ayı ərzində 2016-cı ilin ilk 4 ayı ilə müqayisədə 428 milyon 850 min dollar və ya 16,5% azalması əsasən maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələrinin, nəqliyyat vasitələri və onların hissələrinin azalması ilə bağlıdır. Bu mallar üzrə idxal 360 milyon 524 min dollar azalaraq 953 milyon 31 min dollardan 592 milyon 507 min dollara geriləyib.
Eyni zamanda qara metallar və onlardan hazırlanan məmulatların, sement idxalı azalıb.
Yeyinti məhsullarının idxalı azalmayıb, əksinə 12,8 milyon dollar artaraq 400 milyon 167 min dollardan 412 milyon 850 min dollara qalxıb.
Ekspertlər bildirirlər ki, Azərbaycanda biznesin aktivliyi artdığı halda azalan malların idxalı yenidən artacaq və Dollara da təlabat yüksələcəkdir.
İxracın isə kəskin artması neftin ötən ilin ilk 4 ayı ilə müqayisədə bu il yüksək olması ilə bağlıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat əvvəl
-
5 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 5 saat əvvəl
-
5 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
5 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
5 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
6 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 6 saat əvvəl