Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bank of Baku kredit faizini aşağı salıb, müddətini artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank of Baku kredit faizini aşağı salıb, müddətini artırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bank of Baku, nağd pul krediti əldə etmək istəyən müştəriləri üçün yeni və daha sərfəli şərtlərlə rəsmiləşdirmə imkanı yaradır. Bankdan "Marja"ya daxil olmuş məlumata görə, məbləği və ödəniş müddəti artırılan nağd pul kreditini indi müştərilər daha aşağı faizlə, 24 ay müddətinə əldə edə biləcəklər.    

 

Şərtləri yüngülləşdirilmiş kredit məhsulunda Bankın tətbiq etdiyi əsas yeniliklər arasında aşağıdakıları xüsusilə qeyd etmək lazımdır:

-Kreditin məbləği 10.000 AZN-dək artırıldı;

-Təhsil və Tibb əməkdaşlarına özəl güzəştli şərtlər tətbiq olundu – əmək haqqı tələbi vergilər daxil 200 AZN-dək endirildi;

-Maaş kartı digər banklarda olan müştərilərə kredit almaq imkanı yaradıldı - əmək haqqı kartınızın hansı bankdan olmasından asılı olmayaraq Bank of Baku-ya nağd pul krediti üçün müraciət edə bilərsiniz;

-ZAMİNSİZ kreditləşmə imkanı yaradıldı – iri özəl müəssisələrdə çalışan və aylıq gəliri yüksək olan şəxslərə 10.000 AZN-dək kredit zaminsiz verilə bilər;

-ÇEVİK rəsmiləşmə - təcili olaraq pula ehtiyacı olan şəxslər üçün bir çox hallarda kreditin 30 dəq. ərzində rəsmiləşdirilməsi mümkün olacaq;

-Ödəniş müddəti 24 ayadək uzadıldı;

-İllik faiz dərəcəsi aşağı salındı;

-Rəsmiləşdirmə komissiyası isə sadəcə 1% təşkil edir.

 

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulan bu kredit məhsulunu Bankın həm köhnə müştəriləri, həm də ilk dəfə müraciət edəcək potensial yeni müştəriləri əldə edə bilər.

 

Yüksək məbləğli, uzun müddətli, aşağı faizli və çevik kreditləşmə istəyən şəxslər iş yerindən arayışı və/və ya rəsmi gəlirləri təsdiq edən sənədləri banka təqdim etməklə kreditlərini rəsmiləşdirə bilərlər. İş yerindən arayışı, Bankdan ayrılmadan, bütün filiallarda quraşdırılan elektron hökumət portalı vasitəsilə əldə etmək olar.

 

Bank of Baku-nun təqdim etdiyi kredit məhsulları haqqında daha ətraflı məlumatla Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya rəsmi internet ünvanına daxil olaraq http://www.bankofbaku.com/ tanış ola bilərsiniz.  

 

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku  

11.05.2017 10:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ