Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Azərsun Holding"in Ukraynada oğurlanmış yükü tapılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərsun Holding"in Ukraynada oğurlanmış yükü tapılıb

Ukraynada içərisində "Azərsun Holding"ə məxsus 20 ton ət olan maşın, o cümlədən Bakıya Polşadan gətirilən 300 min ABŞ dolları dəyərində dərman yüklü avtomobil oğurlanıb.

 

 "Azərsun Holding"ə məxsus yük Ukraynadakı tədarükçü tərəfindən aparılan danışıqlar nəticəsində azad edilib.

 

Yük Azərbaycana yola salınıb. "Azərsun Holding"in mətbuat xidmətinin rəhbəri Afiq Səfərov faktı təsdiqləyib, bildirib ki, yük Holdingin Qafqaz Konserv Zavoduna məxsusdur.

 

Digər yükdən isə heç bir xəbər yoxdur.

 

Qeyd edək ki, son bir neçə ay ərzində Ukrayna ərazisində içərisində Azərbaycana məxsus şirkətlərin yükü olan 20-dək maşın oğurlanıb. Bununla bağlı Ukrayna hüquq-mühafizə orqanlarına və Ali Radaya (parlament) müraciət olunsa da, hələlik nəticə yoxdur. 

 

© APA

 

11.05.2017 17:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ