Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bu həftə 3,5% bahalaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu həftə 3,5% bahalaşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-da yüksək səviyyələrdə olan neft ehtiyatlarının azalmaqda davam etməsi və OPEC-in istehsalın azaldılması müqaviləsinin ilin sonunadək uzadılması məsələsində fikir birliyi içində olduğunu açıqlamasının ardından neft qiymətləri yüksəlir.


 
"Marja" xəbər verir ki, ABŞ-da neft ehtiyatları, Mart ayının sonundakı rekord səviyyədən azalmaqda davam edib. İraqın nümayəndəsi Jabbar Al-Luaibi və Əlcəzairdən Noureddine Boutarfa, Bağdada təşkil etdikləri ortaq mətbuat konfransında, OPEC və müttəfiqlərinin istehsalın azaldılması müqaviləsini daha altı ay uzatmağı dəstəklədiklərini bildiriblər.

Reklam_3_11

 

 OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!


 
Qərbi Texas nefti (WTI) Nymex birjasında 6 sent yüksələrək bareli 47.89 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında  3 sent yüksələrək bareli 50.80 dollara çıxıb. Cümə günü neft 55 sent və ya 1.1 faiz qalxaraq 50.77 dollardan bağlanıb. Qiymətlər bu həftə 3.5% artıb.  

 

Azərbaycan nefti 1 dollar bahalaşıb

 

 Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1 dollar və yaxud 1,96% artıb.

 

"Azeri LT CIF" markalı neftin qiyməti 51,99 dollar/barelə bərabər olub.

 

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

12.05.2017 07:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ