“Atrabank”ın kreditorlarının bir qismi məlum olub
Ləğvetmə prosesində olan “Atrabank” ASC-nin kreditorlarının bir qismi məlum olub.
Bu, “PAŞA Holdinq” MMC-yə daxil olan “PAŞA Bank” və “PAŞA Həyat Sığorta” ASC-lər, ləğvetmə prosesində olan “Azərqarant” ASC, Müdafiə Sənayesi Nazirliyinə məxsus Elektron Hesablayıcı Maşınlar Zavodu və “Sənayecihaz” Elmi-İstehsalat Birliyidir.
Bundan başqa, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, onun iki oğlu – Samir və Seymur Səfərlilər də “Atrabank”ın kreditorları arasındadır.
Qeyd edək ki, bu gün “Atrabank”da yaradılmış Kreditorlar Komitəsinin ilk iclası keçirilir. İclas bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti,16 ünvanında yerləşən ofisində təşkil olunub. İclası ADIF-in icraçı direktorunun müşaviri Elşən Kərimov aparır.
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl