Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Nyu-York Məhkəməsindən Beynəlxalq Bankla bağlı qərar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nyu-York Məhkəməsindən Beynəlxalq Bankla bağlı qərar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nyu-York Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının aktivlərini xarici kreditorlardan qorudu

 

Nyu-York Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının (ABB) müraciəti əsasında 12 may 2017-ci il tarixində ABB-nin aktivlərinin xarici kreditorların ABŞ-dakı iddia tələblərindən qorunması ilə bağlı qərar qəbul etmişdir.

 

Qərara əsasən, ABB-nin xarici öhdəliklərinin könüllü restrukturizasiyası prosesi zamanı xarici kreditorlar bankın aktivlərinə qarşı tələblər irəli sürə bilməyəcək. Bu barədə "Marja"ya  Beynəlxalq Bankdan bildirilib.

 

ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ

 

“Bəyan etdiyimiz kimi, ABB-nin xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyası planı bankın maliyyə vəziyyətinin güclənməsinə xidmət edir. Bu proses nəticəsində ABB-nin uzunmüddətli maliyyə dayanıqlılığı təmin olunacaq və özəlləşdirmə öncəsi bankın bazar dəyəri artacaq. Bu prosesin önəmli istiqamətlərindən biri də restrukturizasiya zamanı xarici kreditorların ABB-nin xarici ölkələrdəki aktivlərinə qarşı hər hansı iddialar irəli sürməməsinə nail olmaqdır. ABB Bankın xarici öhdəliklərinin restruturizasiyası prosesinin ABŞ-da tanınması və bu səbəbdən kreditorlar tərəfindən ABŞ məhkəmələri vasitəsilə onun aktivlərinə qarşı iddia qaldırılmasının qarşısının alınması məqsədilə Nyu-York Məhkəməsinə müraciət etdi. Bu müraciətimiz məhkəmə tərəfindən təmin olundu. Bütün bunlar, restrukturizasiya prosesini uğurla həyata keçirməkdən ötrü lazımi addımların atıldığını göstərir” - ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov məhkəmə qərarını şərh edərkən bildirib.

 

Məlum olduğu kimi, ABB-nin bir sıra xarici maliyyə institutlarından cəlb etdiyi xarici valyutada borcların bu plana uyğun olaraq birbaşa dövlətə ötürülməsi nəzərdə tutulur. Bu proses bankın yalnız xarici öhdəliklərini əhatə edir, bütün digər öhdəliklər, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarının, hüquqi şəxslərin və digər qeyri-rezidentlərin milli və xarici valyutada qorunan və qorunmayan, tələbli (cari) və müddətli əmanətləri üzrə əməliyyatlar isə cari rejimdə həyata keçirilir. Açıqlamada bir daha bildirilib ki, banka yerləşdirilmiş əmanətlər üzrə fərdi və korporativ müştərilərə faiz ödənişləri də daxil olmaqla Azərbaycan Beynəlxalq Bankı bütün xidmət və əməliyyatları adi qaydada davam etdirməkdədir.

 

Nyu-York Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının (ABB) müraciəti əsasında 12 may 2017-ci il tarixində ABB-nin aktivlərinin xarici kreditorların ABŞ-dakı iddia tələblərindən qorunması ilə bağlı qərar qəbul etmişdir. Qərara əsasən, ABB-nin xarici öhdəliklərinin könüllü restrukturizasiyası prosesi zamanı xarici kreditorlar bankın aktivlərinə qarşı tələblər irəli sürə bilməyəcək.

 

0% KREDİTLƏ OFİS MEBELİ!

13.05.2017 11:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ