Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Kiber hücum 150 ölkədə 200 min kompüterə təsir edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kiber hücum 150 ölkədə 200 min kompüterə təsir edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropa Birliyinin Polis Təşkilatının müdiri (Avropol) Rob Wainwright, cümə günü dünya miqyasındakı kiber hücumdan, 150 ölkədə 200 min kompüterin təsir gördüyünü və bunların çoxunun iş yerlərində və bəzilərinin də böyük şirkətlərdə olduğunu bildirib.


 
"Marja" xəbər verir ki, Wainwright, hücumun görünməmiş bir xüsusiyyətə malik olduğunu, "ransomware" deyilən proqramla və "warm" deyilən kompüter viruslarının birləşdirilməsi nəticəsində yaradıldığını bildirib.


 
 Hücumu edənlərin sözügedən birləşməni virusun yayılma sürətini artırmaq üçün istifadə etdiklərini qeyd edən Wainwright, "Hazırda getdikcə böyüyən bir təhlükə ilə üzləşirik. Hücumdan əziyyət çəkənlərin sayı getdikcə artır. İnsanlar bazar ertəsi səhər işə gələndə, kompüterlərini açanda bu rəqəmin daha da artacağından narahatam",- deyə bildirib.


 
Wainwright, təcavüzdən əziyyət çəkən çoxlu sayda kompüter olmasına baxmayaraq, virusun virtual pul Bitcoin ilə ödəmə tələbinə qarşı çox az zərərçəkənin cavab verdiyini bildirib.


 
Hücumu kimin həyata keçirdiyini hələ bilmədiyinə işarə edən Wainwright, "Bunun bir cinayətkar hücum olduğu açıq-aşkar ortadadır" ifadəsini istifadə edib.

 

"WannaCry" adı verilən pis məqsədli proqramın istifadə edildiyi hücum cümə günü başda Rusiya, Ukrayna və Tayvan olmaq üzrə cəmi 99 ölkə təsir etmişdi.

15.05.2017 04:43

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ