Azərbaycanda çoxvalyutalı “Vahid cüzdan” təqdim edildi
Hazırda Azərbaycanda 50-dən çox yerli provayderin xidmət haqqını “Wallet One” ilə ödənişi mümkündür.
“Marja” xəbər verir ki, bunu “Wallet One” beynəlxlaq ödəniş sisteminin çoxvalyutalı “Vahid cüzdanı”nın Azərbaycanda təqdimatına həsr olunmuş tədbirdə “Wallet One Azerbaijan”ın nümayəndəsi Zaur Əliyev bildirib.
Qeyd edilib ki, “Wallet One” “Vahid cüzdanı” özündə müxtəlif ödəniş sistemlərinin imkanlarını, həmçinin ani pul köçürmələri sistemlərinin funksiyalarını birləşdirir.
“Wallet One” güzdanı həmin sistem daxilində güzdandan güzdana köçürmələr, həmçinin kommunal xidmətlərin, internet, telefon, onlayn oyun, və bir çox digər xidmətlərin haqqının ani ödənilməsinə imkan yaradır.
“Wallet One” cüzdanı yaratmaq üçün https://www.walletone.az saytından qeydiyyatdan keçmək lazımdır.
“Vahid cüzdan”ın bağlı olduğu hesabı MasterCard və Visa bank kartları və eManat terminalları ilə artırmaq mümkündür. Gələcəkdə terminal şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur.
“Vahid cüzdan”dan vəsaiti MasterCard və Visa bank kartlarına köçürərək pulu çıxarmaq mümkündür.
“Wallet One”ın Azərbaycanda bütün istifadəçiləri üçün 2017-ci ilin sonunadək valyuta mübadiləsi, xaricə pul köçürmələri və xarici mağazalarda xidmətlərin ödənişi imkanı əlavə olunacaq. Bundan başqa, yaxın gələcəkdə güzdanın unikal “Cash by code” (kod ilə nağd pulun göndərilməsi və çıxarılması) üslubu ilə bankomatlardan və ya bank filiallarından pulu göndərilməsi və çıxardılması mümkün olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat əvvəl
-
4 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 5 saat əvvəl
-
5 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
5 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
5 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
6 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 6 saat əvvəl