Azercell sualları operativ cavablandırdığına görə sertifikata layiq görülüb
Azercell Telekom MMC uğurları sırasına daha birini əlavə edib.
Azercell-in sosial şəbəkədəki aktivliyi “Socialbakers” şirkəti tərəfindən yenidən dəyərləndirilib və şirkət “Socially devoted” sertifikatına layiq görülüb.
“Socialbakers” şirkətinin apardığı araşdırma göstərib ki, 2017-ci ilin yanvar-fevral-mart aylarında Azercell şirkəti rəsmi Facebook səhifəsində istifadəçilərin verdiyi sualların 100 %-ni cavablandırıb. Azərbaycanda mobil operatorlar arasında yalnız Azercell bu uğura imza atıb. 2012-ci ildən indiyə qədər Azercell Facebook səhifəsində istifadəçilərin verdiyi sualların operativ şəkildə cavablandırılmasına görə dəfələrlə “Socially devoted” adına layiq görülüb. Onu da qeyd edək ki, Azercell ölkədə bu sertifikatı alan ilk mobil operatordur. Sertifikata layiq görülmək üçün səhifə istifadəçilərinin ildən-ilə artan müraciətlərinin cavablandırma səviyyəsi ölçülür. Yüksək istifadəçi sayı ilə bərabər Azercell həmçinin, səhifədəki abunəçilərin fəallığı və aktiv istifadəsi baxımından da dəfələrlə ilk yerləri qazanıb. Bu yeniliklərin tətbiqində məqsəd - abunəçilərlə daha sıx əlaqənin qurmaq, onlara yeniliklər haqqında məlumatları çatdırmaq, abunəçilərin zamanına qənaət edərək onlara xidmət göstərməkdir.
Azercell-in Facebook-da rəsmi səhifəsi Azərbaycanda ən populyar səhifələrdən biridir və 9 ildir ki, fəaliyyət göstərir. Şirkətin rəsmi Facebook səhifəsində Azercell-in tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərləri almaq mümkündür. Azercell öz Facebook səhifəsində Müştəri Xidmətlərini də aktiv şəkildə davam etdirir. Bu xidmət vasitəsilə abunəçilər onları maraqlandıran suallara cavab tapır, problemlərini həll edir, müəyyən əməliyyatları reallaşdırırlar. Bundan əlavə şirkət sosial şəbəkə istifadəçiləri üçün maraqlı müsabiqələr, əyləncəli viktorinalar, aksiyalar da təşkil edir, qaliblərə müxtəlif hədiyyələr təqdim olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 57 d. əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 3 saat əvvəl
-
4 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
4 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
4 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
5 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 5 saat əvvəl