Kənd təsərrüfatı məhsullarının ixracı 60 faizə yaxın artıb
2017-ci ilin yanvar-mart aylarında Azərbaycan 80 mln. 234,1 min dollar dəyərində kənd təsərrüfatı məhsulu ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 57,7% çoxdur. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
“Kənd təsərrüfatı mallarının ixracında meyvə-tərəvəz məhsulları daha çox paya malik olub”, - deyə məlumatda qeyd olunur.
Cari ilin yanvar-mart aylarında 34 mln. 951,3 min dollar dəyərində (artım 19,9%) 29,548 min ton meyvə (artım 58,5%) və 20 mln. 449,9 min dollar ton dəyərində (artım 44,9%) 26,037 min ton tərəvəz (artım 92,7%) ixrac edilib.
Bundan başqa, hesabat dövründə 17 mln. 152 min dollar dəyərində (artım 8 dəfə) 12,515 min ton pambıq (artım 6,5 dəfə), 2 mln. 193,7 min dolar dəyərində (artım 58,7%) 994,4 min ədəd dəri xammalı (azalma 33,1%), 3 mln. 898,3 min dollar məbləğində (artım 6,8%) 1,164 ton tütün məmulatı (artım 35,4%) ixrac edilib.
2016-cı ildə Azərbaycan 426 mln. Dollar 111,7 min dəyərində kənd təsərrüfatı məhsulu ixrac edib ki, bu da 2015-ci ilin göstəricisindən 20,7% çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
2 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
2 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
4 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 4 saat əvvəl
- 4 saat əvvəl