“AzInTelecom” MMC və “Bakı Abadlıq Xidməti” müqavilə imzalayıb

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC və “Bakı Abadlıq Xidməti” MMC arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

 

Nazirlikdən bildiriblər ki, tərəflər arasında imzalanmış müqaviləyə əsasən, “AzInTelecom”un TIER III və ISO 20000 beynəlxalq sertifikatlarına malik Data Mərkəzində təqdim etdiyi bulud texnologiyalarına əsaslanan “İnfrastruktur xidmət kimi” (İaaS) həlləri sayəsində “Bakı Abadlıq Xidməti” MMC əlavə texniki avadanlıq və proqram təminatlarının alınması, quraşdırılması, texniki istismarı üçün vəsait xərcləmədən məlumat itkisi ilə bağlı riskləri minimuma endirən etibarlı infrastruktur əldə edəcək.

 

Bu da öz növbəsində, digər maliyyə xərclərinə və vaxt itkilərinə qənaət olunmasına imkan yaradacaqdır.

 

Büdcə xərclərinin optimallaşdırılması və idarəetmənin avtomatlaşdırılmasına yönələn İaaS xidmətləri (virtual şəbəkə, virtual saxlama, virtual infrastruktur, “backup” və digər) çoxsaylı yerli və xarici şirkətləri Data Mərkəzinin imkanlarından istifadə etməyə sövq edir.

 

İş prinsipi müasir texnologiyalardan istifadə və biznesdə etibarlılıq olan “Bakı Abadlıq Xidməti”nin də öz məlumatlarını Data Mərkəzində yerləşdirilməsi İaaS həllərinin üstünlüklərinə daha bir misaldır.

 

Məlumat üçün bildirək ki, “Bakı Abadlıq Xidməti” məsləhətlərin verilməsi və üçölçülü kompüter proqramlarından istifadə etməklə layihələrin hazırlanmasından obyektin hazır şəkildə təhvil verilməsinədək, sahənin tikintisi, abadlaşdırılması, yaşıllaşdırılması və qulluq edilməsi üzrə kompleks həllər təklif edir.

16 May 2017, 07:08   
Melissa Park
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin