Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bakıda Təmir-Tikinti sahəsi 1,35 milyon manata özəlləşdirildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda Təmir-Tikinti sahəsi 1,35 milyon manata özəlləşdirildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 16 may tarixində keçirilib. Hərracda özəlləşdirilən əmlaklardan 2-si səhmdar cəmiyyəti, 8-i kiçik dövlət müəssisəsi, 6-ı istifadəsiz qeyri yaşayış sahəsidir. Bakı şəhəri üzrə 3 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 5 kiçik dövlət müəssisəsi və 3 istifadəsiz qeyri yaşayış sahəsi hərrac zamanı özəlləşdirilib.

 

Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Nizami rayonunda yerləşən Təsərrüfat hesablı Təmir-Tikinti sahəsi olub. Beləki, adıçəkilən əmlak 1 milyon 355 min 500 manata özəlləşdirilib. Həmin əmlakın torpaq sahəsi 7869 kv.m, ümumi faydalı sahəsi isə 958 kv.m təşkil edir. Bundan başqa paytaxtın Sabunçu rayonunda yerləşən Maşın Meliorasiya Stansiyasıda qiyməti ilə digərlərindən fərqlənir. Beləki, həmin əmlakın qiymət 375 min manatdır. Ümumi faydalı sahəsi 566, topaq sahəsi isə 22 min 239 kv.m təşkil edir.

 

Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 3-ü paytaxtın Sabunçu, Nizami, Səbail rayonlarında, 1-i Şəki, 1-i Biləsuvar, 1-i Neftçala, 1-i Hacıqabulda digər isə Abşeronda yerləşir.

 

Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrindən 4-ü paytaxtın Nərimanov və Yasamal rayonlarında, 2-si isə Gəncə şəhərində yerləşir. İstifadəsiz qeyri-yaşayış sahələrindən ən yüksək qiymətə özəlləşdirilən əmlak 20 min 700 manat olub. Ümumili faydalı sahəsi isə 53 kv.m təşkil edib. Ən ucuz qiymətə özəlləşdiriolən əmlak isə 7 min manat olub. Ümumi faydalı sahəsi isə 66.4 kv.m təşkil edib. Budəfəki hərrac da özəlləşdirilən belə əmlakların ümumi faydalı sahəsi 10 kv.m ilə 66 kv.m, qiymətləri isə 5 min 500 manatla 20 min 700 manat arasında dəyişib.

16.05.2017 10:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ