Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Citigroup”: Neft hasilatının 9 ay azaldılması ehtimalı 60-70 faizdir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Citigroup”: Neft hasilatının 9 ay azaldılması ehtimalı 60-70 faizdir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və bəzi qeyri-OPEC ölkələri ilə əldə edilən neft hasilatının azaldılması üzrə sazişin müddətinin daha 9 ay uzadılması ehtimalı 60-70 faizdir.

 

ABŞ-ın üçüncü böyük bankı olan “Citigroup Inc.”in əmtəə araşdırmaları üzrə rəhbəri Ed Morse bu qənaətdədir. O deyib: “Hazırda iyun ayında sona çatacaq neft hasilatının azaldılması üzrə sazişin daha 9 ay uzadılması müzakirə edilir. OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin hazırda 1,8 milyon barrel/gün olan sazişdəki neft hasilatının azaldılması öhdəliklərinin artıracaqları ehtimalı 60-70 faizdir. Hasilatın daha gündəlik 300-500 min barrel azaldılması mümkün ola bilər. Belə bir ehtimalda isə əsas payı Səudiyyə Ərəbistanının öz üzərinə götürməsi lazımdır”.

 

Xatırladaq ki, OPEC üzrə gündəlik neft hasilatının 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə edilib. Bundan başqa, OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən də Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıblar. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması, yaxud digər başqa bir qərarın qəbulu OPEC Nazirlər Şurasının mayın 25-də Vyanada keçiriləcək 172-ci iclasında müəyyənləşəcək.

 

© Azərtac

16.05.2017 11:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ