Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

500 milyon dollar borca qol çəkdik

iç səhifə xəbər başlığı altı (mobil)_31
500 milyon dollar borca qol çəkdik

Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı (AİB) respublikann iqtisadi inkişafına dəstək məqsədilə  500 mln. məbləğində kredit sazişi imzalayıb. Bu barədə bankın Bakı ofisindən məlumat verilib.

 

Reklam_3_11

"Kredit sazişini maliyyə naziri Samir Şərifov və AİB-in Bakı nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov imzalayıblar”, - deyə bankın nümayəndəsi bildirib.

 

Qeyd edək ki, AİB dekabrın 7-də Azərbaycana  500 mln. dolla məbləğində kreditin ayrılmasını təsdiqləyib. Bu kredit Azərbaycanda sosial xərclərə yönəldiləcək, yeni iş yerlərinin açılması və neftin ucuzlaşmasının mənfi təsirlərinin yumşaldılması üçün iqtisadiyyatın diversifikasiyasına xərclənəcək.

 

Vəsait AİB ölkələrinə dəstək üzrə antiböhran proqramı (Countercyclical Support Facility, CSF) çərçivəsində ayrılıb.

 

Azərbaycan hökuməti kredit vəsaitini  1,4 mlrd. Dollar dəyərində qiymətləndirilən antiböhran tədbirlər paketinin reallaşdırılmasına yönəltməyi planlaşdırır. Antiböhran planına büdcədən maliyyələşən təşkilatlarda işçilərin əməkhaqqının, pensiya və sosial yardımın məbləğinin artırılması, əhalinin həssas təbəqəsinə dəstək göstərilməsi daxildir. Plan 3,7 mln. nəfəri və ya respublika əhalisinin 1/3 hissəsini əhatə edəcək.

 

AİB vurğulayır ki, son iki ildə neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatı üçün çətinliklər yaradıb. Bankın qiymətləndirmələrinə görə, neft və qazın satışından əldə olunan gəlir ÜDM-in 30%-ni, dövlət büdcəsi gəlirlərinin 60%-ni, ixracdan əldə olunan gəlirlərin 90%-dən çox hissəsini formalaşdırır. Belə vəziyyət iqtisadiyyatda resessiyaya, manatın devalvasiyasına, əhalinin real gəlirlərinin azalmasına səbəb olub.

 

AİB, həmçinin islahatların hazırlanmasına dəstək məqsədilə Azərbaycana  1,2 mln. Dollar məbləğində texniki yardım göstərir.

©“İnterfaks-Azərbaycan”

22.12.2016 09:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ