Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Bu addım qanunvericilik tələblərinin pozulması deməkdir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bu addım qanunvericilik tələblərinin pozulması deməkdir"

Banklar sahibkarlar üçün nəzərdə tutulmuş plastik kartlardan nağdlaşdırmanı dayandırıb. Banklar bunu “Nağdsız hesablaşmalar haqqında” qanunda nəzərdə tutulan nağdsız hesablaşmalara tətbiq edilən limitlər ilə əlaqələndirirlər.

 

İqtisadçı Vüqar Bayramovun sözlərinə gərə, əslində, bu addım qanunvericilik tələblərinin pozulması deməkdir:

 

“Çünki qanunvericilik nağdsız hesablaşmaları qadağan etmir, məhdudlaşdırır. Məhdulaşdırma isə heç də qadağanın tətbiq edilməsi anlamına gəlmir və gəlməməlidir. Əvəllər də qeyd etdiyimiz kimi, mövcud infrastruktur sadələşdirilmiş vergi subyektləri üçün 15, əlavə dəyər vergisi ödəyiciləri üçün müəyyənləşdirilmiş 30 min manatlıq limitlərin tətbiqinə tam hazır deyil. Kartlardan nağdılaşdırmaya tətbiq edilən qadağa da məhz bununla bağlıdır. Təbii ki, iqtsadçı olaraq hər zaman nağdsız ödənişlərin genişləndirilməsini dəstəkləmişəm. Amma bu tip islahatlar biznesin inkişafına maneə olmadan mərhələli şəkildə həyata keçirilməlidir. Kartlardan vəsaitlərin nağdlaşdırılmasının qadağan edilməsi xüsusən də regionlarda nümayəndəliyi olan şirkət və təşkilatlar üçün çətinliklər yaradacaq. Bu əslində şirkətlərə plastik kartlar, yəni nağdsız şəkildə öz tərəfdaşlarına və nümayəndəliklərinə ödəniş imkanı verirdi. Bu baxımdan, qanunvericiliyin mövcud tələblərinə əsasən kartlardan pul çıxarılmasının qadağan edilməsi deyil, limitlər daxilində məhdudlaşdırılmasına ehtiyac var”.

16.05.2017 12:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ