Millət vəkili: "İnternet televiziyaların kabel yayımına imkan yaradılmalıdır"
“Azərbaycanda kabel televiziyaları vasitəsilə qonşu ölkələrin telekanalları yayımlanır. Məsələn, Rusiya telekanalları buna misaldır. Onların bir hissəsi musiqi və mədəniyyətlə bağlı olduğu üçün fəaliyyətlərində heç bir problem ola bilməz. Amma digər telekanallardan bəzən Azərbaycana qarşı zəhər yağır”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev “Kabel yayımı haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, həmin telelviziya kanallarının yayımının dayandırılması məsələsi nizamlanmalıdır: “Azərbaycan ərazisində fəaliyyət göstərən bütün internet televiziyalarının kabel yayımına imkanı olmalıdır. İnternet televiziyalarının müqavilə əsasında kabel yayımı ilə təmin olunması vacibdir . Yəni, əgər yayımçı bundan imtina edirsə, əsaslandırılmış qərar verməlidir. Məsələn, kifayət qədər səviyyəli hər hansı internet televiziyasına “yox” deyilirsə, o zaman onlar da gedib məhkəmə qaydasında öz hüquqlarını müdafiə edə bilməlidir. Mən buna misal olaraq, APA TV internet televizyasını göstərə bilərəm. Kifayət qədər səviyyəli, normal və maraqlı verilişlərlə yayımlanır. Bu televiziyanın kabel yayımında olmasının nə zərəri var? Niyə tamaşaçı APA TV-yə kabel yayımında baxa bilməməlidir?" .
Deputat deyib ki, qanunda televiziyanın yayımı dayandırıldığı tədiqdə onun bərpasının 24 saat müddətinə mümkün olduğunu qeyd edilib: "Hesab edirəm ki, informasiya texnologiyaları əsrində bu, bir qədər qədər çoxdur. Əgər hər hansı qüsur varsa, yayımçı onu 6-8 saat ərzində aradan qaldırmaq öhdəliyi qoyulmalıdır, əks halda, 24 saat çox böyük müddətdir”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
4 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
4 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
16 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 16 saat əvvəl