Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Ölkəmizdə ilk dəfə: Beynəlxalq Bank tətbiq etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ölkəmizdə ilk dəfə: Beynəlxalq Bank tətbiq etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə ilk dəfə olaraq avtomatlaşdırılmış depozit qutuları sistemini tətbiq edir. Bu barədə "Marja"ya Bankdan bildirilib

 

Reklam_3_11

Bu sistem müasir bankçılıq texnologiyalarının son nailiyyətlərindən sayılır. Qiymətlilərin qorunmasında ən təhlükəsiz və yüksək xidmət səviyyəsini təmin edir.

 

Sistemin özəlliyi qiymətlilərin (pul, mühüm sənəd, qiymətli əşya və s.) qəbulu və təhvil verilməsi prosesinin tam avtomatlaşdırılmasıdır. Bu sistemin köməyi ilə ideal təhlükəsizlik və məxfilik şəraitində, hətta bank əməkdaşının iştirakı belə olmadan qiymətliləri depozit qutularında yerləşdirmək, yaxud bankdan götürmək mümkündür.

 

Proses çox rahat və operativ şəkildə baş verir: müştəri xidmət kabinəsinə daxil olaraq müqavilə rəsmiləşdirilərkən ona verilmiş kartı və məxfi kodu sistemə daxil edir. Robot sifariş edilmiş depozit qutusunu qapalı zonadan müştərinin olduğu kabinəyə göndərir. Qutu müştəridəki açarla açıldıqdan və əməliyyat başa çatdırıldıqdan sonra sistem depozit qutusunu yenidən avtomatik şəkildə qapalı saxlancdakı yerinə qaytarır.

 

Azərbaycan Beynəlxalq Bankında depozit seyfinin minimal icarə müddəti 1 gün, maksimal icarə müddəti isə 1 ildir. Depozit seyflərinin icarə haqqı 1 aylıq 20 AZN-dən başlanır, seyfin ölçüsündən asılı olaraq dəyişir.

 

36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.

17.05.2017 09:14

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ