Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Şkafın öldürdüyü 3 uşağa görə 50 milyon manat təzminat ödəyəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şkafın öldürdüyü 3 uşağa görə 50 milyon manat təzminat ödəyəcək

İsveçin mebel və ev aksessuarları nəhəngi IKEA son iki ildə 3 uşağın ölümünə səbəb olan kamodlara (siyirməli  şkaf növü) görə 50 milyon dollar təzminat ödəməyi qəbul edib. MALM model kamodlar asan aşdığı üçün uşaq ölümünə səbəb olur.


 
"Marja" xəbər verir ki, 50 milyon dollar təzminat yaşları bir ilə iki arasında dəyişən üç uşağın ailəsinə ödənəcək. Təzminat üç ailə arasında bərabər bölüşdürüləcək.


 
 IKEA son iki ildə baş verən ölümlərdən sonra təxminən altı ay əvvəl MALM model kamodların dünya miqyasında geri toplanmasına qərar vermişdi. IKEA dünya üzrə toplanacaq 29 milyon ədəd kamod üçün geri ödəmə ediləcəyini də bildirmişdi.
 
 
ABŞ-da son iki ildə MALM seriyası şkafların asanlıqla aşdığı üçün üç uşaq mebelin altında qalaraq ölüb. İki il əvvəl həyatını itirən iki yaşındakı Curren Collas-ın anası, "Bu məhsullar asanlıqla aşmamalıdır" deyib.

 

22 aylıqda həyatını itirən Janet MCGee-nin anası Janet, "Bizim dözmək məcburiyyətində qaldığımız ağrının başqa ailələrin də başına gəlməsini istəmirik" açıqlamasını etmişdir.
 


 TESTLƏRİ KEÇMƏDİ


 
MALM model şkaflar təhlükəsizlik testlərindən keçməyib. Standartlara görə şkafların siyirtmələri 25 kiloqram ağırlıqla aşmadan açılmalıdır. Aparılan testlər MALIM seriyası şkafların daha az ağırlıqla aşdığını göstərib.
 

22.12.2016 11:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ