Putin: ABŞ-da siyasi şizofreniya inkişaf edir
Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Trumpın, keçən həftə Ağ Evdə Rusiya xarici işlər naziri Sergey Lavrov və Rusiya səfiri ilə görüşü zamanı, terror təşkilatı İŞİD haqqında çox gizli məlumatları açıqladığı iddialarına dair, "ABŞ-da siyasi bir şizofreniya inkişaf etdiyini görürük. Bu iddialar başqa bir şəkildə adlandırıla bilməz" -deyib.
İtaliyanın Baş naziri Paolo Gentiloni ilə Soçidə görüşündən sonra keçirilən birgə mətbuat konfransında çıxış etmiş Putin, "ABŞ-da siyasi şizofreniya başladığını görürük. Bu iddialara başqa bir şəkildə ad verilə bilməz. Əgər ABŞ rəhbərliyi bunu mümkün görsə və istəsə Lavrov ilə Trumpın görüşməsinə aid məlumatları ABŞ Senatına təqdim etməyə hazırıq" - ifadəsini istifadə edib.
Putinin, "Trumptan aldığı sirləri mənimlə və kəşfiyyat ilə bölüşmədiyi üçün Lavrova xəbərdarlıq etməyimiz lazım gələcək. Bu onun üçün pis bir vəziyyətdir"- sözləri zalda gülüşlərə səbəb olub.
Rusiyanın ABŞ-da seçkiyə müdaxilə etdiyinə dair xəbərlər çıxmağa başlayanda bunu gülməli hesab etdiklərini izah edən Putin, "Ancaq bu gün narahat olacağımız bir səviyyəyə gəldi. Bu cür şeyləri çıxaran insanların daha nələr edəcəyini təxmin etmirik" -şəklində danışıb.
Putin, ABŞ-da Rusiya əleyhinə ifadələrin daxili siyasətdə istifadə edildiyini qeyd edərək, "Əgər onlar bunun öz ölkələrinə zərər verdiyini anlamırlarsa, axmaq olmalıdırlar, əgər hər şeyi başa düşürlərsə təhlükəli insanlar olduqları mənasına gəlir. Biz hər bir halda ABŞ-ın daxili işlərinə qarışmamışıq və qarışmayacağıq" deyib.
Şizofreniya, səbəbi hələ də bilinməyən,duyğu,düşüncə və davranışlarda önəmli pozuntularla müşahidə edilən xəstəlikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 7 saat əvvəl
-
9 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 10 saat əvvəl
-
10 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
10 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
10 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
11 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 11 saat əvvəl