Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Yaponiya iqtisadiyyatı artmaqda davam edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yaponiya iqtisadiyyatı artmaqda davam edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yaponiya iqtisadiyyatı, ilk rübdə də artaraq ardıcıl  beşinci rübdə də böyüyüb.

 

"Marja" xəbər verir ki, ilk rübdə iqtisadi artıma ixracda davam edən artım səbəb olub. Daxili tələbat da artmışdır, ancaq iqtisadçılar bu güclü gedişin davam edib etməyəcəyini müzakirə edirlər.


 
Yaponiyada Ümumi Daxili Məhsul 31 Martda sona çatan üç aylıq dövrdə 2.1% artıb. Bloomberg-in sorğusuna qatılan iqtisadçıların proqnozlarına görə, Yaponiya iqtisadiyyatının 1.7 faiz artımı gözlənilirdi.

 
 
İstehlak xərcləri ilk rübdə əvvəlki rübə nisbətən 0.4% artıb. Gözlənti artımın 0.5 faiz səviyyəsində reallaşması istiqamətində idi.


 
Müəssisə investisiyaları sözügedən dövrdə 0.4 faiz düşməsi gözlənərkən 0.2% artıb.
 
 
Yaponiya iqtisadiyyatı sonuncu dəfə beş rüb ardıcıl Baş nazir Junichiro Koizuminin dövründə artmışdı. İndiki Baş nazir Shinzo Abe hökuməti iqtisadiyyat yenidən rəqabətə davamlı etmək üçün məzənnədən istifadə edir və ixracat iqtisadi artıma başçılıq edir.

 

ÜDM-in 60%-ni əhatə edən şəxsi istehlakın ilk rübdə artması, əvvəlki rübdəki zəif gedişin ardından baş verib. Ancaq, güclü maaş artımlarının əhalinin xərclərini dəstəkləməsi və pərakəndə satıcıların qiymətləri artırmalarına imkan verməsi ilə, xərclərin yenidən zəifləyəcəyi istiqamətində narahatlıqlar var.

18.05.2017 09:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ