Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Bu işləri edirik ki, ölkəmizə daha çox gəlir gəlsin”

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bu işləri edirik ki, ölkəmizə daha çox gəlir gəlsin”

1996-cı ildən başlayaraq “Şahdəniz” layihəsi uğurla icra edilir. Hazırda digər layihələr üzərində də işləyirik”.
 
 
Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Qaradağ rayonunda, SOCAR-ın “Caspian Drilling” şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində deyib. O bildirib ki, Heydər Əliyev adına yarımdalma qazma qurğusu çox perspektivli olan "Abşeron" qaz-kondnsat yatağında işləyəcək: “Əminəm ki, tezliklə, bir neçə ilə biz "Abşeron" yatağından da yaxşı nəticələr görəcəyik. Digər perspektivli layihələrimiz də gündəlikdədir. Artıq “Ümid” yatağında işlər gedir. “Babək”, “Qarabağ” layihəsinə yenə xarici şirkətlər maraq göstərir. Vaxtilə müqavilə imzalanmışdı, sonra ona xitam verildi. Ancaq biz indi bilirik, xarici tərəfdaşlar da görürlər ki, “Qarabağ” yatağında da böyük ehtiyatlar var. Yəni biz bütün bu işləri ardıcıllıqda edirik ki, ölkəmiz daha da güclənsin, ölkəmizə daha çox gəlir gəlsin”.
 
 
Prezident icrasına başlanan neft layihələrinin hazırda uğurla icra edildiyini söyləyib: “Bakı-Tbilisi-Ceyhan neft kəməri 11 ildir ki, fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi layihəsi uğurla icra edilir. Əminəm ki, vaxtlı-vaxtında bu layihənin də uğurla icrasına nail olacağıq. Gələn il Cənub Qaz Dəhlizi layihəsi layihəsinin əsas hissəsi olan TANAP layihəsinin istifadəyə verilməsini qeyd etməliyik. Əminəm ki, biz buna nail olacağıq”.

18.05.2017 12:51

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ