“Zaqatala-Çay” 30 ton yaşıl çay yarpağı gözləyir
Zaqatala rayonunun çay plantasiyalarında bir neçə gündür ki, yaşıl çay yığımına başlanılıb. Rayonda fəaliyyət göstərən “Zaqatala-Çay” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus plantasiyalardan indiyədək 8 tona yaxın yaşıl çay yarpağı tədarük edilib.
Cəmiyyətin sədri Abdulməcid Şabanov bildirib ki, hazırda müəssisənin 18 hektara yaxın məhsuldar çay plantasiyası var. Plantasiyalara qulluq və çay yığımı ilə əlaqədar 30 fermerlə müqavilə bağlanılıb. Müəssisənin çay fabrikində isə 10 nəfər işçi çalışır.
Müəssisə rəhbərinin bildirdiyinə görə, bu il havaların rütubətli keçməsi çayçılıq üçün çox əlverişlidir. Məhsuldarlıq ötən illə müqayisədə artıb. Ümumiyyətlə, cari mövsümdə cəmiyyətə məxsus plantasiyalardan 30 ton yaşıl çay yarpağının yığılması gözlənilir.
Müəssisədə, eyni zamanda, indiyədək 1 ton quru çay emal olunub. Mövsümün sonunadək quru çay istehsalının 6 tona çatdırılması nəzərdə tutulur. İstehsal olunan məhsul satış üçün əsasən daxili bazara çıxarılır. Quru çayın bir kiloqramının satış qiyməti keyfiyyətindən asılı olaraq 10-30 manat arasında dəyişir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 saat əvvəl
-
15 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 15 saat əvvəl
-
15 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
15 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
15 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
17 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 17 saat əvvəl