Assanj haqqındakı istintaq dayandırıldı
İsveçin Baş Prokuroru, "Wikileaks"ın qurucusu Culian Assanj haqqındakı təcavüz istintaqını dayandırıb.
"Marja" xəbər verir ki, İsveç Prokurorluğundan edilən yazılı açıqlamada ,Baş Prokuror Marianne Ny-in "Wikileaks" internet saytının qurucusu Assanj haqqında təxminən 7 ildir davam edən təcavüz istintaqına davam etməmək qərarı verildiyi bildirilib.
Assanj, ötən ilin noyabr ayında haqqındakı təcavüz iddiaları ilə əlaqədar Ekvadorun Londondakı səfirliyində sorğu-sual olunmuşdu. Sorğu günü səfirlik qarşısında keçirən Assanja dəstək aksiyasında, o həftə ABŞ prezidentliyini Obamadan təhvil alacaq Donald Trumpa, "Culian Assanjı bağışlaması" çağırışı edilmişdi.
Trump, seçki kampaniyası prosesində "Wikileaks-ə aşiqəm" demişdi. Wikileaks-ın, Demokratiya Partiyasının namizədi Hillari Klinton ilə bağlı bəzi sənədləri sızdırması, Demokratiya Partiyasının kampaniyasına mənfi təsir etmişdi. Trump, Assanjın bu addımla demokratiyaya töhfə verdiyini söyləmişdi.
45 yaşlı Assanj, təxminən 5 ildir Londonda Ekvador səfirliyinin bir otağında yaşayır.
İngiltərə məhkəməsi, 2012-ci ildə Avstraliya vətəndaşı Culian Assanjın, 2010-ci ildə iki qadına təcavüzlə günahlandırıldığı İsveçə ekstradisiyasına qərar vermişdi. Ancaq Assanj, haqqındakı iddiaları rədd edir.
Assanj, haqqındakı ekstradisiya qərarının ardından, 2012-ci ilin iyun ayında İngiltərədə İsveçə ekstradisiya edilməsi halında ABŞ-a göndərilmək riski olduğu üçün Ekvadorun London səfirliyinə sığınmışdı. Ekvador Assanjın siyasi sığınacaq verilməsi tələbini qəbul etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 26 d. əvvəl
- 31 d. əvvəl
-
5 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
5 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
5 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi