Bu məhsul boldur, iritonnajlı avtomobillərlə xaricə daşınır
Tovuzun Hunanlar kəndində yetişdirilən kök xarici bazarlara çıxarılır.
Tovuzda faraş kök yığımına başlanılıb. Rayonun Hunanlar kəndində kütləvi becərilən bitki yüksək məhsuldarlığı ilə seçilir. Kök su sevən olduğundan əsasən, Kür çayı sahilində yerləşən ərazilərdə əkilir. Oktyabrda əkilən bitkinin məhsulu aprelin sonlarında yığılır. Sakinlər bildirirlər ki, yığım təzə başlanan zaman kökün 1 kiloqramının qiyməti 70-80 qəpik arasında dəyişir. Hazırda isə sahələrdə kökün qiyməti 50 qəpikdir.
Kənd sakini Xaliq Ələsgərov bildirib ki, məhsul əsasən paytaxt və Rusiya bazarlarına göndərilir. Xarici bazara çıxarılan məhsul kəndin girişində iritonnajlı avtomobillərə yüklənərək daşınır. Məhsul bol olduğundan qiymət günbəgün ucuzlaşır və bunu nəzərə alan sakinlər yığımı tez yekunlaşdırmağa çalışırlar.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
Qeyd edək ki, kənddə 320 hektar sahədə kök əkilib və yığım iyul ayına qədər davam edəcək
© Azərtac.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 45 d. əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
3 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
3 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
5 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 5 saat əvvəl