Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Tovuzlu fermer 2 hektar kartof sahəsindən 60 ton məhsul götürəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tovuzlu fermer 2 hektar kartof sahəsindən 60 ton məhsul götürəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qərb bölgəsində kartof ən çox Tovuz rayonunda əkilir. Kənd təsərrüfatına dövlət tərəfindən göstərilən qayğı, gübrələrin güzəştli satışı fermerlərin işini xeyli asanlaşdırıb və kartofçuluğa marağı bir qədər də artırıb.

 

Reklam_3_11

Rayonun Əyyublu kənd sakini, fermer Əfqan Abbasov deyib: “Ötən il 1 hektar sahədə kartof əkmişdim. Yaxşı məhsul əldə etdiyimə görə bu il sahəni artıraraq 2 hektara çatdırdım. İndi kartof sahələrində becərmənin qızğın dövrüdür. Əkdiyimiz kartof toxumu Rusiyadan gətirilən “Nevski” sortudur. Əkin sahələrinin indiki vəziyyəti hektardan 30 tondan çox məhsul götürəcəyimizdən xəbər verir”.

 

Kartof əsasən rayonun Qovlar şəhərində, Düz Qırıqlı, Əyyublu, Dönük Qırıqlı, Aşağı Quşçu və dağ kəndlərində becərilir.

 

Qeyd edək ki, ötən il tovuzlu fermerlər 8197 hektar sahədə kartof əkib və 178 min 635 ton məhsul istehsal ediblər.

 

© Azərtac

22.05.2017 11:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ