Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycanda neft sektorunun dövlət büdcəsində payı azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda neft sektorunun dövlət büdcəsində payı azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın 2016-cı il dövlət büdcəsində neft sektorunun payı 54,8% proqnozlaşdırılsa da, icraya əsasən 52,7% təşkil edib. 2015-ci il dövlət büdcəsinin icrasına əsasən, neft sektorunun dövlət büdcəsində payı 58,4% olub.

 

Reklam_3_11

Bu barədə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyinə istinadən xəbər verir.

 

2016-cı il dövlət büdcəsinin neft gəlirləri 9 225 mln. manat təşkil edib. Belə ki, Dövlət Neft Fondundan transfert 7 615 mln. manat, SOCAR-ın vergi ödənişləri 1 252 mln. manat, hasilatın pay bölgüsü üzrə mənfəət vergisi 358 mln. manat olub.

 

Ötən ilki büdcənin gəlirləri 16 822,0 mln. manat proqnoza qarşı 17 505,7 mln. manat və ya 104,1% icra edilib. Gəlirlər üzrə icra səviyyəsi 2008-ci ildən bəri ən yüksək göstəricidir. Büdcə gəlirlərinin ÜDM-ə nisbəti 29,0%-ə bərabər olub. Hesabat ilində dövlət büdcəsinin gəlirləri 2015-ci illə müqayisədə isə 7 714,8 min manat çox olub.

 

2016-cı ildə dövlət büdcəsinin xərcləri 18 495,0 mln. manat proqnoza qarşı 17 751,3 mln. manat və ya 743,7 mln. manat az və ya 96,0% icra edilib ki, bu da 2015-ci illə müqayisədə 33,2 mln. manat və ya 0,2% azdır. ÜDM-ə nisbəti ilə götürdükdə büdcə xərclərinin ÜDM-in 29,4%-nə bərabər olub.

 

Hesabat ilində dövlət büdcəsinin kəsiri 245,604 mln. manat təşkil edib. Təqdim olunmuş hesabat və məlumatlarda büdcə kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə özəlləşdirmədən daxilolmalar 31,232 mln. manat, xarici qrantlar 12,326 mln. manat təşkil edib, daxili və xarici borclanmadan daxilolmalar isə 186,819 mln. manat göstərilib.

 

©Report

22.05.2017 12:47

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ