Azərbaycanın qlobal şirkəti mükafata layiq görüldü
Azərbaycanda fəaliyyət göstərən “BCC Group” Şirkəti Yanacaq Energetika kompleksinin tikinti üzrə “Azeri Business Award-2016” mükafatı laureatı adına layiq görülmüşdür. Bu barədə “Marja”ya şirkətdən bildirilib.
“BCC Group” şirkətlər qrupu tikinti xidmətlərini həyata keçirən podratçı şirkət kimi 1997-ci ildə Azərbaycanda təsis edilmişdir. Hazırda o, bir çox dünya ölkələrində fəaliyyət göstərən və sürətlə inkişaf edən bir sıra şirkətləri özündə birləşdirir.
“BCC Group” şirkətlər qrupu öz müştərilərinə geniş çeşidli xidmətlər, o cümlədən, mühəndislik, təchizat, tikinti, istismara vermə, quraşdırma və neft-qaz sənayesində həyata keçirilən mülki və sənaye tikinti layihələri üzrə texniki xidmət, eləcə də metal konstruksiyaların hazırlanması, modul tipli binaların tikintisi və quraşdırılmasını təklif edir.
“BCC Group” şirkəti, həmçinin, Xəzər regionunda xidmətlər, material və avadanlıqların böyük təchizatçılarından biri olmaqla bərabər, tikinti və neft-qaz sektorunun tələblərinə xüsusi diqqət yetirir.
2016-cı ilin yekunu üzrə keçirilən “Azeri Business Award Milli” mükafatının təqdimetmə mərasimində respublikanın 100-dən çox aparıcı şirkətlərinin nümayəndəsi, diplomatlar, xarici qonaqlar və KİV nümayəndələri də iştirak etmişlər. Qeyd edək ki, Azərbaycanın işgüzar həyatında ən əlamətdar hadisə olan bu tədbir “Business Time” aylıq işgüzar jurnalının redaksiyasının təşkilatçılığı ilə həyata keçirilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 saat əvvəl
-
6 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 6 saat əvvəl
-
7 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
7 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
7 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
8 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 8 saat əvvəl