Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Ehtiyat Fondunun 68%-i Beynəlxalq Bankın kapitalına xərclənib

iç səhifə xəbər başlığı altı (mobil)_31
 Ehtiyat Fondunun 68%-i Beynəlxalq Bankın kapitalına xərclənib

2016-cı ildə Nazirlər Kabinetinin Ehtiyat Fondunun vəsaitlərinin 68%-i "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin nizamnamə kapitalının artırılmasına yönəlib.

 

Bu barədə "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd edilib.

 

Hesablama Palatasının təqdim etdiyi rəqəmlərə əsasən, 2016-cı ildə Nazirlər Kabinetinin Ehtiyat Fondu üçün dövlət büdcəsindən 831 mln. 380,4 min manatın ayrılması nəzərdə tutulub, lakin 828 mln. 972,8 min manat ayrılıb. Xərclənən vəsaitin 77,5%-i üç strukturun payına düşüb: ABB (564 mln. manat, 68%), Mərkəzi Seçki Komissiyası (46,103 mln. manat, 5,7%) və Müdafiə Nazirliyi (31,771 mln. manat, 3,8%).

 

Qeyd edək ki, ABB cari ilin yanvar ayında nizamnamə kapitalının 93,5% artırılaraq 1 mlrd. 241 mln. 287 min 248,06 manata çatdırıldığını elan edib. Kapitallaşma prosesində 600 mln. manatlıq əlavə səhm emissiyasının hesabına baş verib. Beləliklə, Maliyyə Nazirliyi ABB-nin kapitalında iştirak payını 54,96%-dən 76,73%-ə çatdırıb.

 

© İnterfaks - Azərbaycan

22.05.2017 13:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ