Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Sahibkarlığa Kömək Mili Fondunun problemli kreditləri sürətlə artır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sahibkarlığa Kömək Mili Fondunun problemli kreditləri sürətlə artır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

2016-cı il 1 yanvar tarixinə Sahibkarlığa Kömək Mili Fonduna (SKMF) öhdəlik olaraq vaxtında qaytarılmalı, lakin qaytarılması təmin edilməyən vaxtı keçmiş kreditlərin məbləği 40 milyon 785,85 min manat təşkil etmişdirsə, 2017-ci il 1 yanvar tarixinə 34 mlyon 683,5 min manat və ya 85,0% artaraq 75 milyon 469,37 min manata çatıb. Bu isə Fondun həmin tarixə kredit portfelinin 7,2%-ni təşkil edir.

 

Bu barədə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının verdiyi rəydə bildirilir.

 

Qaytarılması təmin edilməyən vaxtı keçmiş kredit vəsaitlərindən 70 484,25 min manatı və ya 93,4%-i lisenziyaları ləğv olunmuş banklara, 4 570,74 min manatı və ya 6,6%-i isə fəaliyyəti davam edən müvəkkil kredit təşkilatlarına aid olub.

 

2017-ci il 1 yanvar tarixinə Fondun müvəkkil kredit təşkilatlarında kredit vəsaitlərinin (kredit, faiz və cərimə məbləği) qalığı 1 045 283,45 min manat olduğu halda, bundan lisenziyaları ləğv olunmuş banklarda olan vəsait qalıqları 202 711,68 min manat, yəni 19,4% təşkil edib.

 

© Report

22.05.2017 14:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ