Azərbaycan ilbiz ixracına hazırlaşır - ZAVODDAN REPORTAJ

Dünyada təlabat ödənilmir, Azərbaycan da satacaq

 

Proteini yüksək, xolestrolu az olan, insana yüksək enerji verən ilbiz əti bir çox xalqlar ərəfindən yeyilir. Dünyada ilbiz ətinə olan təlabatın 70 faizi ödənilmir. Bir çox Avropa və Şərq ölkələrində ilbiz geniş istehlak olunur.

 

İlbiz ixracı ilə az sayda ölkə məşğul olur. Bu ildən Azərbaycan da ilbiz ixrac edən ölkələr karvanına qoşulacaqdır. 2017-ci ilin əvvəlində yaradılmış "Azdelikates-Alfa" MMC adlı şirkət ilbiz ixracına başlayacaqdır.

 

Marja.az”ın əməkdaşı "Azdelikates-Alfa" MMC-də olub və şirkətin fəaliyyəti ilə maraqlanıb.

 

AŞAĞI FAİZLƏ, 24 AY MÜDDƏTİNƏ KREDİT!

 

Şirkətin təsisçilərindən biri Emin Hacıyev “Marja”ya bildirdi ki, son 10 ildə ölkəmizdə qeyri-neft sektorunun genişlənməsi, xüsusi ilə kənd təsərrüfat sahələrində şaxələnmənin yaradılması özlüyündə yeni və fərqli sahələrin inkişafına təsirini göstərməkdədir:

 

“Şirkətimiz 2017-ci clin Fevral ayında təsis edilmişdir. Yeni qurulmasına baxmayaraq şirkət nəznində bu sahə ilə bağlı kifayət qədər təcrübəyə sahib olan əməkdaşlarımız yer almaqdadır. Onlar ilbizin ən çox tələb gördüyü Avropa ölkələrində uzun illər bu işlə məşğul olmuş, işin bütün detalları ilə yaxından tanış olmuşdurlar. Ölkəmizdə mövcud olan ilbiz növu istər həcminə, istərsə də keyfiyyət və dadına görə Avropa istehlakçılarının tələblərinə uyğun olduğu üçün biz də bu işin ölkəmizdə yaradılması üçün bir araya gəldik və “Azdelikates Alfa” şirkətini qurduq.

 

0% KREDİTLƏ OFİS MEBELİ!

 

İlk öncə istehsalat proseduraları üçün lazım olan texniki avadanlıqların təmin edilməsi və yararlı hala gətirilməsi işlərini həyata keçirdik. Daha sonra Şamaxı şəhərində qəbul məntəqəmizi açdıq. İlbizlər Şamaxının və ətraf rayonların kəndlərinin sakinləri tərəfindən təbiətdən toplanaraq birqadirlərə, birqadirlər də  məntəqəyə təhvil verirlər. Məntəqədən də mal zavodumuza daxil olur. Gələcəkdə digər regionlarda da məntəqələr açmağı planlaşdırırıq”.

 

İLBİZLƏRİN TOPLANMASI FERMERLƏRİN XEYRİNƏDİR

 

Emin Hacıyev bildirdi ki, əkin sahələrinə ziyan vuran ilbizlərin toplanması kənd təsərrüfatı üçün yaxşı haldır:

 

“Dövlət hər il ilbizlərin tarlalara vurduğu ziyanın qarşısını almaq üçün dərmanlama işlərinə xeyli vəsait ayırır. Bu zərərverici həşarat proteinli, hazır məhsulu yeyir, bu da fermerlərə ciddi mənada maddi ziyan vurur. Bir müddət sonra tarlalardakı ilbizlər tərəfimizdən geniş şəkildə  toplanacaqdır. Üstəlik ilbizi toplayanlar bunun qarşılığında müəyyən gəlir də əldə edirlər. Beləliklə bu sahə əkinçiliklə məşğul olan insanların məhsullarını qorumaqla birlikdə rayon və kənd yerlərində yaşayan əhaliyə də əlavə gəlir imkanı yaratmış olur”.

 

ALIŞ QİYMƏTİ SƏRFƏLİDİR

 

Şirkətin təsisçisi qeyd etdi ki, ilbiz toplamağın gəlirli olduğunu bilən bir çox ailələr Bakıdan yenidən öz kəndinə qayıdıblar. Hazırda 30-dan çox kənddə ilbiz toplanır. Kim ilbiz yığmışdırsa, malı birqədirlərə və ya birbaşa Şamaxıdakı məntəqəyə təhvil verə bilər:

 

 KİÇİK VƏ ORTA BİZNES ÜÇÜN AŞAĞI FAİZLƏ MİKROKREDİT 

 

“Kəndlilərdən ilbizin kiloqramı 50 qəpikdən alınır. Bir nəfər yaxşı işləsə gün ərzində 100 kiloqrama qədər ilbiz yığa bilir. Bostanlarda, şəkər çuğunduru sahələrində, nəmişlik olan sahələrdə ilbiz daha çox olur. Ümumiyyətlə, ilbiz rütubətli dövrdə, əsasən yaz, bir qədər də payız mövsümündə çıxır. Yağışdan sonra daha çox ilbiz toplamaq mümkündür”.

 

Emin Hacıyev bildirdi ki, ilbizin alış qiyməti zavodun xərclərindən və malın xaricə satış qiymətindən asılıdır. Bu il sınaq ilidir, əgər satışdan kifayət qədər gəlir əldə edilərsə, gələn il ilbizin alış qiyməti artırıla bilər. Alış qiymətinin qalxması ilə daha çox məhsulun toplanacağı gözlənilir:

 

“Gələn ildən zavodun emal gücünü artırdıqdan sonra, alışı da artırmağı planlaşdırırıq.  İlbiz qaldıqca çəki itirir. Buna görə, yığılmış ilbizlər nə qədər tez emala verilsə bizim üçün yaxşıdır.  Daha çox ilbiz qəbulu üçün, yeni avadanlıqlar alınmalı, işçilər cəlb edilməli, əlavə soyuducu anbarlar olmalıdır”.

 

300 TONADƏK İLBİZ YIĞILACAĞI GÖZLƏNİLİR

 

"Azdelikates-Alfa" MMC bu günədək 183 ton ilbiz yığıb. Yaz mövsümünün sonuna kimi 270-300 ton məhsul yığılacağıcağı gözlənilir. Emal prosesi nəticəsində malın çəkisi 25%-i azaldığı üçün ixrac üçün təxminən 200-230 ton mal qalacaqdır.

 

"Azdelikates-Alfa" MMC-nin zavodunda 50 nəfər çalışır.

 

Zavodda emal prosesi ilə də tanış olduq. Emin Hacıyev məlumat verdi ki, ilbiz müəyyən emal prosesindən keçirildikdən sonra yarımfabrikat şəkilində ixrac olunur:

 

“İlk öncə zavodda ilbizlər isti buxarda prosesden keçir, ölçülərinə görə ayrılır və sonra yuyulur. Növbəti mərhələdə qadınlara təhvil verilən ilbizlər çanağından çıxarılır və bağırsaqları kəsilib atılır. Əldə edilən ət bişirilir və  mənfi 35 dərəcədə şoklanıb dondurularaq mənfi 18 dərəcədə soyuducuda saxlanılır”.

 

SƏRFƏLİ KART İSTƏYİRSİNİZ?

 

Qeyd edildi ki, ilbizin çanağı tullanmır və ət ilə bərabər alıcıya göndərilir. Çünki ilbiz əti çanağı ilə servis edilir:

 

“İlbiz bir porsiyada 12 çanaq şəkilində servis edilir. Ət yenidən çanağın içərisinə qoyulur, üzərinə yağ sürtülüb, ədviyatlar vurulur”.

 

AVQUSTDA İXRAC PLANLAŞDIRILIR

 

Emin Hacıyev qeyd etdi ki, bu ilin Avqust ayında ilbiz ətinin xaricə satışı planlaşdırılır:

 

“Hələlik yığım və istehsalat prosesləri getdiyi üçünilbiz ixrac etməmişik. İxrac ilə əlaqədar olaraq Yunanıstan və Albaniya ilə danışıqlar aparırıq. Hal-hazırda ixrac üçün lazım olan sənədləşmə prosesləri, ixrac kodu və lazımi sertifikatların alınması işləri getməkdədir. Bütün iş proseslərimiz İSO 9001 və 2015 standartlarına uyğun aparılır. Yeni şikrət olduğumuz üçün ixrac ediləcək ölkələrdə tanınmaq və davamiyyətli mal tədarükünü təmin etmək, təbii olaraq müəyyən bir vaxt tələb edir. Bizim missiyamız durmadan çalışaraq yaxın gələcəkdə bu sahə üzrə tanınan peşəkar bir şirkətə çevriləmkdir.

 

“1 KİLOQRAM İLBİZ 2-6 AVRO VALYUTA GƏTİRƏCƏK”

 

Emin Hacıyev əlavə etdi ki, qış aylarında dünya bazarında ilbizin qiyməti daha yüksək olur:

 

“İlk öncə hazırlanan məhsulları yarım fabrikat şəklində satmağı planlaşdırırq. Növbəti illərdə isə tam prosesli qablaşdırılmış məhsul növlərinə keçməyi planlaşdırırıq. Təbii ki, satış qiymətləri yığılan məhsulun çeşidinə, ölçü və keyfiyyətinə görə də dəyişməkdədir. Ortalama hesabla desək, kiloqramı 2 - 6 avro arasında dəyişən bir qiymət bazarı mövcuddur. Qablaşdırılmış mal tam hazır məhsul hesab edildiyi üçün nisbətən baha qiymətə satılır. Bunun üçün xüsusi avadanlıqlar və texnikalar da tələb olunur. Qeyd etmək istəyirəm ki, bu sahədə də artıq çalışmalarımız var, işimizin inkişafı üçün tələb olunan bütün prosesləri artıq başlatmışıq.

 

“TƏBİƏTDƏN TOPLANAN İLBİZLƏR DAHA DADLIDIR”

 

“Dünyada ilbizə olan təlabatın 70%-i ödənilmir” deyən Emin Hacıyev sözlərinə belə davam etdi:

 

“Çətin tapılan məhsuldur. Bəzi ölkələr ilbizi fermada yetişdirir. Lakin fermada yetişdirilən ilbizlərin əti təbiətdən toplanan ilbizlərin əti ilə müqayisədə az dadlı olur. Təbiətdən toplanmış ilbizlər daha dadlıdır. Biz ilbizləri təbiətdən toplayırıq. Təbiətdən ilbiz toplayıb ixrac edən ölkələr azdır. Fermada yetişdirilən ilbizlər təbiətdən toplanmış ilbizlərdən geri qalsa da, belə malın da öz alıcısı var. Gələcək planlarımıza fermanın yardılması da daxildir.

 

Potensialı olan işdir. Bizim mal analiz üçün Avropaya göndərilmişdir. Analiz nəticəsində dəyərləri çox yüksək çıxıb. Keyfiyyət baxımından malımız güclüdür. Biz inanırıq ki, bu biznes çox uğurlu olacaqdır”.

 

“O QƏDƏR GÜCLÜ QİDADIR Kİ,...”

 

Müsahibimizin sözlərinə görə, ilbiz ətinin iyrəndirəcək, qeyri-adi tamı yoxdur: “Əksinə protein dəyərləri güclüdür, xolestrin yoxdur. İlbiz əti xeyrli qidadır və insana enerji verir. O qədər güclü qidadır ki, 12 ədəddən artıq yeyilməsi tövsiyə olunmur. Mən özüm də yemişəm, çox dadlıdır”.

 

İLBİZLƏRİN YIĞILMASI KÖKÜNÜN KƏSİLMƏSİLƏ NƏTİCƏLƏNƏ BİLƏR?

 

Emin Hacıyev, “Təbiətdən ilbizlərin yığılması onların sayının azalması ilə nəticələnə bilərmi?” sualına  belə cavab verdi:

 

SƏRFƏLİ QİYMƏTƏ UZUNÖMÜRLÜ KONDİSİONER AL!

 

“İlbizlərin yığılmasında ekoloji olaraq bir problem yoxdur. İlbiz təxminən 150 yumurta qoyur və yumurtaların təxminən 2%-i məhv olur. Yəni balavermədə məhsuldar canlıdır. Qeyd edim ki, ilbizlərin dişisilə bərabər erkəyi də yumurta qoyur. Biz balaca ilbizləri yığmırıq. Məntəqədə qəbul edilən mal yoxlanılır, balaca ilbizlər yenidən təbiətə qaytarılır. Balaca ilbizlər bizə lazım deyil, çünki ətini çanağından çıxarmaq olmur. Buna görə ilbizin nəslinin kəsilməsi ehtimalı yoxdur. Bunu qeyd edim ki, Serbiyada bir şirkət 30 ildir təbiətdən ilbiz toplayır, ancaq bu ölkədə ilbizlərin kökü kəsilməyib.

 

Məqsədimiz bu sahəni Azərbaycanın uyğun olan bütün regionlarında genişləndirmək və toplama məntəqələrinin sayını artırmaqdır. Dövlətimiz son illərdə ixrac yönümlü bizneslərin önünün açılması yolunda atmış olduğu addımlardan bəhrələnərək alternativ məhsulların da yığılmasını və ixracını planlaşdırırq”.

 

Sonda Emin Hacıyev əlavə etdi ki, "Azdelikates-Alfa" MMC-nin fəaliyyəti genişləndiriləcək. Gələcəkdə meşələrdə bitən dadlı “quzuqarnı” göbələyinin yığılması və ixracı planlaşdırılır.

 

"Azdelikates-Alfa" MMC ilə əlaqə: (012) 349-67-01

 

Söhbəti yazdı: Seymur Yunusov

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

 

22 May 2017 , 18:40   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin