Əvvəllər idxal, indi ixrac edirik
Ölkəmizdə kənd təsərrüfatının inkişafına yaradılan münbit şəraitin nəticəsi olaraq ekoloji təmiz, rəqabətə davamlı məhsulların istehsalı üstünlük təşkil edir. Belə məhsullardan biri də süfrələrin bəzəyi olan çiyələkdir. Əvvəllər bu məhsul ölkəmizə başqa dövlətlərdən gətirilirdisə, indi Azərbaycanda yetişdirilən çiyələk daxili bazarı ödəməklə yanaşı, başqa ölkələrə də ixrac olunur.
Şəmkir rayonunda da ilin bütün fəsillərində çiyələk yetişdirilir. İlboyu yığımı aparılan bitkidən bu il də fermerlər bol məhsul götürürlər. Bazarlarda həmişə olduğu kimi, çiyələyə tələbat çoxdur. Hazırda isə məhsulun yığım dövrüdür.
Rayonun Muxtariyyə kənd sakini, fermer Qabil Qasımov deyib: “Çiyələk sahəmiz 30 hektardır. Bunun 11 hektarı istixana şəraitində, qalan 19 hektarı isə açıq sahələrdə becərilir. İlboyu məhsulumuz olur. 75 nəfər daimi işçimiz var, yığım vaxtı isə işçilərin sayı 150 nəfərə çatır. Məhsulu daxili bazarla yanaşı, Rusiya bazarlarına da göndəririk”.
Yığılan məhsul elə sahədə çeşidlənərək qablaşdırılır və satış məntəqələrinə göndərilir. Əksər hallarda alıcılar məhsulu gəlib yerindəcə alırlar. İşçilərin əksəriyyəti uzun illərdir bu işlə məşğuldur. Burada əsasən “Viktoriya”, “Albion” və “Kumoroz” sortları əkilir. Bu növ çiyələklər il boyu məhsuldarlığı ilə də fərqlənir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat əvvəl
-
4 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 5 saat əvvəl
-
5 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
5 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
5 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
6 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 6 saat əvvəl