Venesuelada nümayişçilər Çavesin uşaqlığının keçdiyi evi yandırdılar
Venesuelada davam edən hökumət əleyhinə nümayişlərdə keçmiş prezident Uqo Çavesin (Hugo Chavez) uşaqlığının keçdiyi evin yandırıldığı bildirilir.
"Marja" xarici mətbuata istinadən xəbər verir ki, müxalif deputat Pedro Luis Kastillo, nümayişçilərin, ölkənin qərbindəki Barinas şəhərində Çavesin uşaqlıq illərinin keçdiyi evi atəşə verdiyini söyləyib.
Nümayişçilərin şəhərdə Milli Seçki Şurasının bölgə bürosu daxil olmaqla hökumət binalarını da yandırdığı qeyd olunub.
Venesuelada davam edən aksiyalar zamanı həftə sonunda paytaxt Karakasda hökuməti dəstəkləyən 21 yaşlı bir gənc üzərinə benzin tökülərək yandırılmışdı.
Ölkədəki nümayişlərdə ölənlərin sayının 49-a qalxdığı açıqlanmışdı.
Venesuelada ərzaq qıtlığı, yüksək inflyasiya və artan cinayətkarlıqdan irəli gələn ictimai narazılıq, Maduro rəhbərliyindəki hökumətin nəzarət etdiyi Ali Məhkəmənin, 31 Martda Konqresin səlahiyyətlərini əlindən aldığını açıqlaması ilə küçə etirazlarına çevrilmişdi.
Venesuelada martın sonundan bu yana davam edən hökumət əleyhinə etirazlarda 49 nəfər ölüb, yüzlərlə insan yaralanıb, bir çox insan həbs edilib.
Müxalifət, ölümlərdən güc istifadə edən təhlükəsizlik qüvvələrini və hökumət tərəfdarı milislərin məsuliyyət daşıdığını bildirir. Maduro isə etirazlara qatılan həddindən artıq sağçı radikalların cinayətkar dəstələri ilə iş birliyi içində şiddəti qızışdırdığını iddia edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 8 saat əvvəl
-
10 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 11 saat əvvəl
-
11 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
11 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
11 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
12 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 12 saat əvvəl