Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Hesablama Palatasından “Azərlotereya”ya xəbərdarlıq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hesablama Palatasından “Azərlotereya”ya xəbərdarlıq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Hesablama Palatası “Azərlotereya” ASC-yə dövlət büdcəsinə dividendləri vaxtında və tam həcmdə ödəməyi tövsiyə edir. Bu barədə palatadan məlumat verilib.

 

Reklam_3_11

"Biz dövlət büdcəsi qarşısında götürülmüş öhdəliklərin vaxtında və tam həcmdə yerinə yetirilməsinə dair qərarların qəbul edilməsinin və onların icrasına nəzarətin gücləndirilməsinin vacibliyini bir daha qeyd edirik”, - deyə məlumatda bildirilir.

 

Qeyd olunur ki, “Azərlotereya” ASC əvvəlki illərdə olduğu kimi, 2015-ci ili də mənfəətlə başa vurub.

 

"Baxmayaraq ki, xalis mənfəət (1 mln. 655,1 min manat) və aktivlər və kapital üzrə imkanlar (2015-ci ilin sonuna pul vəsaitləri üzrə qalıq 3 mln. 36,9 min manat, istifadə olunmamış mənfəətin həcmi 5 mln. 660 min manat təşkil edib) dividendlərin ödənilməsi üçün kifayət edib, dövlət qarşısındakı öhdəliklər tam həcmdə yerinə yetirilməyib. Bu maliyyə imkanları digər xərclərə yönəldilib. Və belə hallar ənənəvi xarakter almağa başlayır", - deyə məlumatda vurğulanır.

 

© “İnterfaks-Azərbaycan”  

23.05.2017 13:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ